top
Gəncə - Sabah: Kubok Finalında Revanş Əzmi və Yerli Basketbolçuların Rolu - İDMAN.BİZ-in TƏHLİLİ Idman.biz
21 fevral 2026, 15:40
- ↺ +

"Gəncə" - "Sabah": Kubok Finalında Revanş Əzmi və Yerli Basketbolçuların Rolu - İDMAN.BİZ-in TƏHLİLİ

Bazar günü, fevralın 22-də basketbol üzrə Azərbaycan Kubokunun finalı keçiriləcək. Həlledici görüşdə 2023-cü ilin kubok qalibi "Gəncə" ilə Azərbaycan Basketbol Liqasının (ABL) üçqat çempionu "Sabah" üz-üzə gələcək. Bakı klubu üçün bu, tarixində ilk kubok finalıdır.

İdman.Biz xatırladır ki, hər iki komandanın öz təcrübəsi və motivasiyası var. "Sabah" titul kolleksiyasını yeni kubokla zənginləşdirmək niyyətindədir. "Gəncə" isə mövsümü əliboş başa vurmaq istəmir, çünki regional təmsilçinin ABL-də çempionluq şansları paytaxt klubuna nisbətən daha az qiymətləndirilir.

Bəli, "Sabah" ABL komandaları arasında ən güclü legioner heyətinə malikdir və avrokuboklarda iştirak edib. Lakin komandanın bu ilə qədər heç vaxt kubok finalına yüksəlməməsi turnirin özünəməxsus xüsusiyyətlərini göstərir.

Kubokda yerli oyunçuların rolu daha böyükdür. Meydanda eyni anda iki azərbaycanlı basketbolçu çıxış edir. ABL-də isə format fərqlidir: bir yerli və dörd legioner oynayır. Bu isə kubok oyunlarında yerli basketbolçuların təsir imkanlarını artırır.

Finala gedən yol

Hər iki komanda mübarizəyə 1/4 final mərhələsindən başlayıb.

"Gəncə" bu mərhələdə turnirin favoritlərindən biri, 2024-cü ilin kubok sahibi "Neftçi"ni 95:92 hesabı ilə məğlub edib. Qələbə əzmkar alınıb: ilk hissədə 15 xal geri düşən (11:26) komanda xarakter nümayiş etdirərək yarımfinala vəsiqə qazanıb. Qaliblərin heyətində Ceykob Uayli 20 xalla ən məhsuldar oyunçu olub. Yerli basketbolçular arasında isə "Gəncə"nin hücumçusu Cəbrayıl Əkbərov 13 xalla fərqlənib.

Yarımfinalda "Gəncə" 1/4 finalda avrokubok təcrübəsi olan "Abşeron Layons"u mübarizədən kənarlaşdıran "Şəki" ilə üzləşib. ABL-də bu komandaların qarşılaşmaları əsl regional derbini xatırladır. Lakin kubok matçında "Gəncə" rəqibinə şans verməyib – 97:71. Görüşün ən yaxşısı 19 xalla Cəbrayıl Əkbərov olub. Yerli oyunçular arasında Ulaş Turqut da 15 xalla seçilib.

"Sabah"ın finala yolu nisbətən rahat alınıb. Həm 1/4 finalda, həm də yarımfinalda Bakı klubu B qrupunun komandaları ilə qarşılaşıb, halbuki özü A qrupunda liderdir. 1/4 finalda "Sabah" "Quba"nı 113:76 hesabı ilə məğlub edib. Hassani Qravett 23 xalla matçın ən yaxşısı seçilib, yerli basketbolçular arasında isə Şirzad Şirzadov 13 xal toplayıb.

Üçqat Azərbaycan çempionu yarımfinalda "Ordu" komandasına 83:66 hesabı ilə qalib gəldi. Qarşılaşmanın ən dəyərli oyunçusu Cerri Bleyks olub. Yerli basketbolçulardan Kamran Məmmədov 10 xalla yadda qalıb.

Finaldan nə gözləmək olar?

Hər iki kollektiv güclü yerli heyətə malikdir. "Gəncə"də Cəbrayıl Əkbərov, Ulaş Turqut və Nəzər Quliyev ön plana çıxır. "Sabah"da isə Şirzad Şirzadov, Kamran Məmmədov, Ramiz Quliyev və ağır zədədən sonra parketə qayıdan Endər Poladxanlı diqqət mərkəzindədir.

Bununla belə, kubok təcrübəsi baxımından "Gəncə" üstün görünür. Komanda 2023-cü ildə finalda NTD-ni əlavə vaxtda məğlub edərək kuboku qazanıb. Həmin görüşdə "Gəncə"nin heyətində Cəbrayıl Əkbərov, NTD-də isə hazırda "Sabah"ın formasını geyinən Şirzad Şirzadov çıxış edib. Beləliklə, Azərbaycan millisinin iki üzvü yenidən kubok uğrunda mübarizədə qarşılaşacaq. Ötən mövsüm "Gəncə" yenə finala yüksəlsə də, bu dəfə NTD-yə uduzub.

"Gəncə"nin digər üstünlüyü isə baş məşqçi, türkiyəli mütəxəssis Xəlil Atlının ABL-də tez-tez iki yerli basketbolçuya eyni anda şans verməsidir. Bu isə "2 yerli – 3 legioner" formatında daha yaxşı uyğunlaşma deməkdir. "Sabah"da isə yüksək rəqabət səbəbindən yerli oyunçular üçün heyətdə möhkəmlənmək daha çətindir.

Ancaq "Sabah"ı hesabdan silmək böyük səhv olardı. Bu, ölkənin aparıcı basketbol klubudur. Komanda qrupunda inamla liderdir və ABL-in əsas favoritidir. Cari mövsümdə "Gəncə" hələ ki, ABL çərçivəsində paytaxt klubunu məğlub edə bilməyib.

Bununla belə, tərəflər üçün bu qarşıdurma tam yeni deyil. 2022/2023 mövsümündə "Gəncə" və "Sabah" ABL finalında üz-üzə gəlib. Həmin vaxt gərgin mübarizədə qalib gələn Bakı klubu yenilənmiş Azərbaycan çempionatında ilk titulunu qazanmışdı.

Bu səbəbdən qarşıdakı kubok finalı azarkeşlərdə həm nostalji hisslər oyadacaq, həm də "Gəncə" üçün özünəməxsus revanş imkanı yaradacaq.

Finalda yalnız iki güclü komanda deyil, bir-birini yaxşı tanıyan iki tarix qarşılaşacaq. Üstəlik, bu matç ABL-də bəzən legionerlərin kölgəsində qalan yerli basketbolçuların maksimum potensialını göstərməsi üçün ideal fürsət olacaq.

Mustafa Daşdəmirov

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Minifutbol
Bu gün, 19:00

Lənkəranda Çexiya yığmasını qəbul edən futzal millimizin məşqçisi: "Tribunadan böyük dəstək alacağımızdan ümidlili"

Futbol
Bu gün, 18:53

"Lion" klubunun baş məşqçisi Paulo Fonseka ilə yollarını ayırdı

Futbol
Bu gün, 18:52

Xarici ekspertlər “Sabah” və “Vikinq” arasındakı çempionlar liqası mübarizəsi üçün proqnozlar veriblər

Futbol
Bu gün, 18:37

Cey-Cey Qabriel “Real Madrid”ə keçidə yaxındır: Gənc hücumçu “Mançester Yunayted”in bütün səylərinə baxmayaraq, La Liqa klubunu seçdi

Tennis
Bu gün, 18:30

İspan çempion Rafael Nadal Realın Direktorlar Şurasına təyin ediləcək

Futbol
Bu gün, 18:24

PSJ 8 dəqiqədə 4 qol vurar, Çempionlar Liqasında tarix yazdı

Futbol
Bu gün, 18:23

Yunay Emeri: "Barselona"ya 0:3 hesabı ilə məğlubiyyətimizi şərh etdi: "Hesab 0:2 olanda belə ümidimi itirməmişdim"

Futbol
Bu gün, 18:09

"Sabah"ın prezidenti Maqsud Adıgözəlov Çempionlar Liqası gəlirlərinin investisiya fonduna yönləndirilməsini açıqladı

Qarabağ FK
Bu gün, 18:05

U-19 "Qarabağ" "Dinamo"ya (Zaqreb) cavab oyununda 0:7 hesabı ilə uduzdu

Futbol
Bu gün, 18:00

Sabah'ın prezidenti: 'Çempionlar Liqasına vəsiqə qazanılsa da strateji dəyişmədik'

Minifutbol
Bu gün, 17:54

Vitali Borisov: Yerli futzalçılar üçün zamana ehtiyac var

Qarabağ FK
Bu gün, 17:54

"Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasında mübarizəni dayandırıb;

Futbol
Bu gün, 17:52

Sabahın U-19 komandası UEFA Gənclər Liqasında Vikinqə 0:5 hesabı ilə məğlub olub

Digər
Bu gün, 17:41

Suraxanı Atma Qovşağında keşirilən seçmə yarışda idmançılar atma bacarıqlarını nümayiş etdiriblər

Futbol
Bu gün, 17:41

Arteta 16 yaşlı Doumenə dəstək verdi: Praqada rekord debut gözlənilir

Gimnastika
Bu gün, 17:32

Azərbaycan tamblinq komandası dünya çempionatının finalına yüksəldi

Tennis
Bu gün, 17:19

Rafael Nadal "Real Madrid"in direktorlar şurasına daxil olacaq

Tennis
Bu gün, 17:06

22 qat Böyük Dəbilqə qalibi Rafael Nadal "Real"ın İdarə Heyətinə təqdim olunacaq;

Futbol
Bu gün, 17:00

Elmar Baxşıyev: Sabahın Norveçdəki 'Viking'e qarşı oyunu üçün şəraitə tez uyğunlaşması vacibdir

Futbol
Bu gün, 16:49

Liverpool məşqçisi Andoni İraola Fenerbahçe qarşısında inamı məhv etməyi tələb etdi

Futbol
Bu gün, 16:40

Liverpool, Valverde üçün 100 milyon avroluq təklif hazırlayır

Futbol
Bu gün, 16:39

Rodri, Barselona futbolçusu, Atletiko qarşı oyunu buraxacaq

Futbol
Bu gün, 16:22

Rodri, Atletiko qarşısında yaralanma səbəbindən oyunu buraxa bilər

Futbol
Bu gün, 16:20

Barcelona itkisindən sonra Rodri yaralanıb – Atletico qarşı oyunu buraxacaq

Oxşar xəbərlər