"Sabah"ın basketbolçusu Frenki Fidler FIBA Çempionlar Liqasında nadir statistik göstəriciyə imza atıb.
İdman.Biz turnirin rəsmi saytına istinadən xəbər verir ki, Fidler yarışdakı ilk üç qarşılaşmasının hər birində ən azı 17 xal və beş ribaund qeydə alıb.
Çempionlar Liqasının tarixində əvvəllər yalnız Zak Selyaas və Cerrod Cons belə başlanğıcla yadda qalmışdılar. Bununla da "Sabah"ın üzvü bu nəticəyə nail olan üçüncü basketbolçu olub.
Fidler turnirdəki son iki görüşünün hər birində beş məhsuldar ötürmə ilə də fərqlənib.