top
Fərid Qayıbov: “Heç futbolumuzda 7 liqa yoxdur” İdman.biz
10 oktyabr 2024, 15:54
- ↺ +

Fərid Qayıbov: “Heç futbolumuzda 7 liqa yoxdur”

Azərbaycan Basketbol Federasiyası yeni mövsümün açılışı ilə bağlı tədbir keçirib.

İdman.biz xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev, federasiya rəsmiləri, oyunçular və media nümayəndələri iştirak ediblər.

İlk olaraq FİBA referisi Ürfan Bayramlı çıxış dərək ötən ilin yekunları ilə bağlı hesabat verib. Daha sonra tarixə köçən yarışla bağlı videorolik nümayiş etdirilib.

Gənclər və idman naziri Fərid Qayıbov bildirib ki, ölkədə basketbolun inkişafı üçün işlər görülür: "Basketbolda 7 liqa olacaq. Dünyada məşhurluğu ilə seçilən futboldur. Heç futbolumuzda 7 liqa yoxdur. Komandaların sayı artdıqca legionerlər də daha çox dəvət olunur. Amma xeyli yerli idmançılarımızın da olduğunu görürük. Artıq regionlarda da oyunlar keçiriləcək. Azarkeşlər də matçlara gəlir. Ötən il "Gəncə"nin oyunlarını çoxlu azarkeş izləyirdi. Bu, sevindirici haldır".

Daha sonra Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev tədbir iştirakçılarını salamlayıb və tədbirin keçirilməsi məqsədlərindən danışıb: "Bu tədbiri keçirməkdə məqsədimiz 1 il ərzində gördüyümüz işlər barəsində məlumat vermək və gələcək işlərimizi paylaşmaqdır. Ötən il düşündüyümüz bir çox hədəflərə nail olmuşuq. Bunun üçün oyunçulara və məşqçilərə təşəkkür edirəm. O ki, qaldı federasiyanın məqsədlərinə, idman elə bir sahədir ki, hamı qalib gəlmək istəyir. Amma bu, reallıqdır ki, hər zaman qalib gəlmək olmur. Əsas məqsədimiz yaxşı basketbol mühitini formalaşdırmaqdır. İstəyirik ki, Bakıda gəzəndə uşaqları basketbol oynayan görək. Ora çatsa, "Azərbaycanda basketbol var" fikrini rahat səsləndirə bilərik. Bunun üçün zaman lazımdır. Addım-addım ora gedirik. Bəzi yarışlarda ola bilər ki, iştirak edəndə nəticə olmur, amma əsas iştirakdır. Zaman keçdikcə uğurlar çoxalacaq. Artıq 4-5 illik hədəflərə doğru gedəcəyik. Əsas məqsədimiz uşaq bsketbolunu daha da inkişaf etdirməkdir. Çalışacağıq ki, qarşıda daha çox hədəflər qoyaq. C divizionunda medallar qazanmışıq. Artıq C divizionu ilə vidalaşıb B divizionuna keçmək istəyirik. Ola bilsin, nəticələr olmasın, amma bu, bizi həvəsdən salmamalıdır. 5 ildən sonra isə A divizionunu hədəfləməliyik. Bu divizionda oynasaq, özümüzü basketbol ölkəsi adlandıra bilərik. Bir məlumat da verim, ABL-nın yeni tətbiqi fəaliyyətə başlayacaq. Tətbiqin fəaliyyəti ilə bağlı əsas məqsədimiz bu idman növüə olan marağı artırmaqdır. Cənab Fərid Qayıbovla danışarkən hər zaman deyirəm ki, "Kristal Hall"da 20 minlik azarkeşi bir araya yığsaq, deməli, basketbolun populyarlığının artdığını deyə bilərik. Yaxın zamanda bunu edə biləcəyimizə inanıram".

Emin Ağa
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər