top
Evren Alkaya: “Bunu uğursuzluq kimi dəyərləndirmək insafsızlıq olar” İdman.biz
29 iyul 2024, 12:21
- ↺ +

Evren Alkaya: “Bunu uğursuzluq kimi dəyərləndirmək insafsızlıq olar”

"Yarışda komandamızın yarısı U-16 millisindən təşkil olunmuşdu. Digərləri də 18 yaşlı deyildi. Bu səbəbdən də enerjimiz çatmadı".

Bunu İdman.bizə basketbolçu qızlardan ibarət Azərbaycanın U-18 millisinin baş məşqçisi Evren Alkaya deyib.

Türkiyəli mütəxəssis Avropa çempionatında C divizionunun gümüş medal qazanan yığmanın finalda meydan sahibi Kosovaya 65:75 hesabı ilə məğlub olmasının səbəblərini açıqlayıb. O bildirib ki, bu, yeni yaradılan komandadır: "Beynəlxalq yarışlarda oynaya biləcək 16-17 basketbolçumuz var. 1 komandadan 2 heyət qururuq. Bu səbəbdən də bir qədər gücümüz yetmədi. Rəqib komandanın atışları bizdən daha uğurlu oldu. Onlarda 1 nəfəri çıxmaqla, hər biri 2006-cı il təvəllüdlü basketbolçu idi. Oyunçularımızın yaşının az olması özünü göstərdi. Bu cür qarşılaşmalarda bu çox təsiredici olur. Əslində, finalda yaxşı oyun göstərdik. Hücumda effektli idik. Amma müdafiədə çatışmazlıqlarımız oldu. Rəqib yaxşı hazırlaşmışdı. Öz meydanlarında oynamağın üstünlüyündən, azarkeşlərin dəstəyindən də istifadə etdilər. Təxminən 1000-ə yaxın insan vardı. Bu da oyunçularımızda həyəcan yaratdı. Amma biz də çox epizodu qaçırdıq".

Alkaya oyunlarda qızların göstərdiyi performansdan razı qaldığını deyib: "Komandanın çıxışını yaxşı dəyərləndirirəm. Gələn mövsüm də millimiz bu kateqoriyada oynaya bilər. Amma yenə də çox oyunçumuzun yaşları az olacaq. Əslində, bu il bu turnirdə iştirak etməməliydik. Təcrübə toplamaq üçün gəldik. Finala qədər irəliləməyi də gözləmirdik. Bizim üçün medal qazanmaq sürpriz oldu".

Baş məşqçi finaldakı məğlubiyyəti uğursuzluq hesab etmir: "Bu cür yarışlar basketbolun inkişafa yeni başladığı ölkələrdə bir dəyərləndirmədir. Hər kəs komandasına kənardan baxır və çatışmazlıqları düzəltməyə çalışır. Bu bizim 2-ci ilimizdir. 2 ildə 2 qızıl, 1 gümüş medal qazandıq. Bunu uğursuzluq kimi dəyərləndirmək insafsızlıq olar. 20 ildir basketbolu olan ölkələrdə bizim qazandığımız nəticələr əldə olunsa, onu uğur kimi qiymətləndirərlər. Finalda 10 xal fərqilə məğlub olduq. Normalda bu 5-6 xallıq fərq olmalıydı".

Qeyd edək ki, millimiz finaldan əvvəl meydana çıxdığı 4 görüşün hər birində qələbə qazanıb.

Emin Ağa
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:12

"Komo" Çempionlar Liqasının səfər oyununda 55 illik rekordunu təkrarladı

Futbol
Bu gün, 02:51

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Dünən, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Oxşar xəbərlər