top
Evren Alkaya: “B divizionunda oynamaq intihar olar” İdman.biz
17 iyul 2024, 14:44
- ↺ +

Evren Alkaya: “B divizionunda oynamaq intihar olar”

"Günün ən önəmli suallarından biri qızlardan ibarət U-16 millimizin hansı divizionda iştirak etməsidir. Bu qərarı vermək asan deyil".

Bunu "İdman Bizdə" verlişinin qonağı olan basketbolçu qızlardan ibarət milli komandaların baş məşqçisi Evren Alkaya deyib.

Mütəxəssis 2 ildir Avropa çempionatının C divizionunda qalib olan U-16 yığmamızın növbəti mövsüm B divizionunda iştirakının mümkünlüyünə münasibət bildirib. Onun sözlərinə görə, bunun üçün bir çox tələbləri yerinə yetirmək lazımdır: "B və ya A divizonunda iştirak etmək üçün aşağı yaş qruplarında çox yaxşı komandalar olmalıdır. Bu liqalarda mübarizə aparan millilərin bir çoxunda klublarının sayı 20-30-dan çoxdur. Bu klublar il boyu öz aralarında 60-70 görüş keçirirlər və oyunçular yetişirlər. Bu gün bizim üçün B divizionunda oynamağa qərar vermək bir intihar olar. Çox yaxşı basketbolçuların olsa da, sadəcə məşqlərlə bu divizionda uğurlu ola bilməzsən. Çox çətin oyunlar keçirməlisən. "Biz C divizionunda çempion olduq, B divizionuna niyə getmirik?" sualı məncə düzgün deyil. Hazır olduğumuz, güclü nəsil yetişdiyi zaman getmək doğru addımdır. Çünki Azərbaycanı təmsil edirik. Orada bir klubu təmsil etmirik. Alınan nəticələr ölkəmizdə çox vaxtlar motivasya və ya demotivasyaya səbəb olur. Məğlub olduğumuz zaman çox insanlar "yas qururlar". Sanki heç bir iş görülməyib. Amma həm qadınlarda, həm də kişilərdə çox işlər görülüb. Uğurlar alqışlandığı kimi, uğursuzluqlar zamanı heç bir şey edilməmiş kimi qəbul olunur. Məncə, doğru yerə doğru zamanda və doğru idmançılarla getmək lazımdır".

Alkaya bildirib ki, Avropa çempionu olan U-16 millisinin B divizionunda iştirak etməsi hələ tezdir: "Federasiyanın da qərarı önəmlidir. Amma bir mütəxəssis olaraq 2010-11 təvəllüdlü qadın basketbolçularımızın B divizionundan başlamağı daha uyğun olar. Çünki o oyunçular buna hazır olacaqlar. Ötən il komandamızda çox az meydana çıxan Leyla Allahverdiyeva və Sitarə Abbasova Avropa çempionatının rəmzi komandasında yer aldılar. Son günə qədər Leylanın effektivliyi çox yüksək oldu və çempionluğumuzda yarıbayarı xidmət göstərdi. Bu uşaqlar 1 il ərzində bu cür inkişaf etdilər. Düşünün ki, bu qızlardan da daha yaxşı fiziki hazırlıqlı idmançılar tapırsız. Bax, o zaman B-də iştirak edib, A divizionunun qapısını döyə bilərik. Əgər səbir göstərilsə, məncə U-16 yaş qrupu B divizionunda mübarizə aparmalıdır. Belə olduqda nəticələrə baxılmamalıdır, uşaqların inkişafına diqqət yetirməliyik. Amma ölkəmizdə bu məsələ ilə bağlı bir qədər həssas yanaşma var. 2 tərəfi də üzməmək üçün U-16 daha 1 il C divizionunda çıxış etməlidir. Amma qızlardan ibarət U-18 millisi gələn mövsüm mütləq B divizionunda iştirak etməlidir".

Qeyd edək ki, U-16 millimiz Cəbəllütariqdə ardıcıl olaraq 2-ci dəfə C divizionunun qalibi olub.

Emin Ağa
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:12

"Komo" Çempionlar Liqasının səfər oyununda 55 illik rekordunu təkrarladı

Futbol
Bu gün, 02:51

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Dünən, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Oxşar xəbərlər