top
Erhan Toker Airom Cup turniri və Avropa çempionatına hazırlıq barədə danışıb Report.az
30 iyun 2025, 16:02
- ↺ +

Erhan Toker "Airom Cup" turniri və Avropa çempionatına hazırlıq barədə danışıb

Azərbaycanın 16 yaşadək oğlan basketbolçulardan ibarət millisinin baş məşqçisi Erhan Toker komandanın Qazaxıstanda keçirilən "Airom Cup" beynəlxalq turnirində çıxışına münasibət bildirib.

Mütəxəssis bu barədə "Report"a açıqlama verib.

Yarışı bürünc medallarla başa vuran komandanın baş məşqçisi ilk matçın çətin keçdiyini söyləyib:

"Avropa çempionatından öncə bizim üçün gözəl hazırlıq turniri oldu. İlk oyun çətin keçdi. Qazaxıstana gecə saatlarında gəldiyimiz üçün səhər istədiyimiz kimi oynaya bilmədik. Sonrakı matçlarda komanda pis deyildi. Xüsusən Gürcüstan təmsilçisi "Kutaisi" ilə görüş çətin oldu. Müdafiədə daha yaxşı idik. Turniri üçüncü pillədə başa vurduq. Əslində, "Kutaisi" komandası yarışı birinci yerdə bitirəcəkdi. Ancaq onları məğlub etdiyimiz üçün Qazaxıstan təmsilçisi çempion oldu".

O, bəzi basketbolçuların çıxışından razı qaldığını deyib:

"Turnir bitdikdən sonra ilk oynadığımız komanda ilə yoldaşlıq görüşü keçirdik. Rəqib heyətə yaşca daha böyük olan iki oyunçu əlavə etmişdi. Düzdür, məğlub oluq, amma qələbə də qazana bilərdik. Bu oyunun ilk hissəsini pis, ikinci yarısını isə yaxşı keçirdik. Turnirdəki nəticəmiz çox böyük əhəmiyyət kəsb etmir. Avropa çempionatına hazırlaşmağa çalışırıq. Bəzi oyunçulardan məmnunam. Amma bir qədər təcrübə çatmır. Bəzən çox tələsirik və doğru qərarlar verə bilmirik. Müdafiəni daha yaxşı duruma gətirdiyimizi düşünürəm. Avropa çempionatında hər oyunda qələbə qazanmaq üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik".

Qeyd edək ki, "Airom Cup" beynəlxalq turnirində "Barsy Atırau"ya məğlub olan (54:72) Azərbaycan millisi "Auyl Sport" (60:33), "Keepers" (71:16) və "Kutaisi" (58:51) komandalarına qalib gəlib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Bu gün, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Bu gün, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Bu gün, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Bu gün, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Bu gün, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Bu gün, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Bu gün, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Bu gün, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Bu gün, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Bu gün, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Bu gün, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Bu gün, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Futbol
Bu gün, 20:53

Real Madridə verilən penalti səhvən qərarlandı

Gimnastika
Bu gün, 20:41

Tofiq Əliyev: Dünya çempionatının təyin mərhələsində liderlik etdik, ardıcıllıqla üçüncü dünya çempionluğu hədəfimizdir

Futbol
Bu gün, 20:29

Qəbələ-2 3-7 məğlubiyyətə düşdü

Futbol
Bu gün, 20:23

Tenerifeli hücumçu İesus de Migele ölümündən sonra vəziyyəti ilə bağlı açıqlama verən qapıçı İesus Ovono

Qarabağ FK
Bu gün, 20:01

İsveçin Höteborq şəhərində Zəfər Gününə həsr olunan şahmat turnirinin qalibləri açıqlanıb - FOTO

Digər
Bu gün, 20:00

Nazir: Azərbaycan qlobal idman yarışlarına ev sahibliyi edərək dünya idman mərkəzi kimi tanındı

Digər
Bu gün, 20:00

Fənərbaxçanın əvvəlki prezidenti Səddəddin Sarana bəraət verilib

Futbol
Bu gün, 19:38

"Şamaxı"nın futbolçusu Abdul Raşid Mumini Benin millisinə çağırılıb;

Futbol
Bu gün, 19:34

Kolumbiyalı qapıçı David Ospina 38 yaşında karyerasını başa vurdu

Futbol
Bu gün, 19:30

Manchester United'ın yarımmüdafiəçisi Kobbi Meynu PSJ-nin hədəfində

Digər
Bu gün, 19:20

New York marafonunda gənc qız finişə bir neçə kilometr qalmış öldü

Oxşar xəbərlər