top
Emin Əmrullayev: “Növbəti 2-3 il “4+1” limitini tətbiq etmək istəyirik” - MÜSAHİBƏ İdman.biz
10 oktyabr 2024, 17:40
- ↺ +

Emin Əmrullayev: “Növbəti 2-3 il “4+1” limitini tətbiq etmək istəyirik” - MÜSAHİBƏ

Azərabycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev jurnalistlərin suallarını cavablandırıb.

İdman.biz xəbər verir ki, federasiyanın rəsmisi yeni mövsümdən gözləntiləri, "Sabah"ın FİBA Avropa Liqasında çıxışı, ABL-nin limiti haqqında danışıb.

- Yeni mövsümdən gözləntiləriniz nədir?

- Maraqlı mövsüm olacaq. Bu il daha 2 klub ABL-ə qoşulub. Format dəyişikliyi də baş verdi. A və B qrupunda qərarlaşan hər bir komandanın çempion olmaq imkanı var. Bunu bəzən qarışdırıb güclülərlə 21 dəstə olaraq düşünmək səhvdir. Çempionat bu formatda təşkil olunub ki, daha çox oyun olsun. Daha çox oyun olanda daha maraqlı çempionatın olmasını gözləyirik. Ümid edirəm ki, bu il daha maraqlı və gərgin çempionat olacaq.

- Yeni çempion gözləyirsinizmi?

- Bunu görəcəyik. Mənim üçün fərqi yoxdur. Əsas odur ki, güclü kimdirsə, o qalib gəlsin.

- Format dəyişikliyi sizcə, komandaların performansına təsir etməyəcək? Güclülər güclülərlə oynayıb daha çox enerji sərf edəcək...

- Ona görə də çempionat elə qurulub ki, birinci altılıqdan 3, ikincidən 1 komanda pley-offa adlayacaq. Bunu konpensasiya etmək üçün düşünmüşük. Bilirsiniz ki, biz klublara müəyyən maliyyə yardımı göstəririk. Növbəti illərdə 1-ci və 2-ci altılığda yer tutmaqdan asılı olaraq diferensiallaşmış maliyyə yardımı göstərəcəyik. Bundan sonra klubların 1-ci altılığa düşmək motivasiyası artacaq. Bu, çempionata daha da çox maraq qatacaq.

- "Neftçi" kubokda qalib olsa da Avrokuboklara gedə bilmədi. Bu mövsüm üçün kubok qalibinə stimullaşdırılmış bir yardım düşünülür?

- Bizim maliyyələşmə modelimiz çox şəffafdır. Bu gün Azərbaycan çempionatında iştirak edən bütün klubların sponsorları var. Bizim üçün bu, yaxşı xəbərdir. Gələcəkdə də bir federasiya kimi çalışacağıq ki, daha çox klubların işinə dəstək verək, nəinki onları idarə edək. Federasiya klublar tərəfindən idarə olunmalıdır, nəinki klublar federasiya tərəfindən.

- Yəqin ki, dünən "Sabah"ın FİBA Avropa Liqasındakı oyununu izlədiniz. Sizcə, komandamız niyə uduzdu?

- Bu idmandır. Hər zaman biri udanda digəri uduzur. Düşünürəm ki, qələbəyə çox yaxın idik. İnanıram ki, "Sabah" ötən ilə nisbətən daha da güclənib. Komandamız son sözünü növbəti oyunlarda deyəcək.

- "Sabah"ın qrupdan çıxmaq şansının olduğunu düşünürsüz?

- Şans hər zaman var. Düşünürəm ki, bu il bu daha çoxdur.

- Yeni limit haqqında fikirləriniz necədir? Bu yerli idmançıların inkişafına mane ola bilərmi?

- Biz bütün komandalara FİBA-nın standartlarını tətbiq edirik. Hər klubda minimum 7 oyunçu olmalıdır. O ki, qaldı meydana çıxan legioner limitinə, burda 2 məsələ var. Keçən il təhlil edərkən gördük ki, sırf yerli oyunçuların performansı komandaların çıxışına təsir edir. Azərbaycana keyfiyyətli və maraqlı basketbol gətirmək istəyirik. Oyunun keyfiyyətinin artması üçün "4+1" limitini tətbiq etdik. Legioner limiti "3+2" olanda keyfiyyətli əcnəbiləri gətirmək imkanımız azalırdı. Keyfiyyətli legionerlər oyun vaxtı daha çox istəyirdilər. "3+2" olanda onlar az şans qazanırdı. Növbəti 2 - 3 il biz "4+1" limitini tətbiq etmək istəyirik. Bizim aşağı yaş qruplarında kifayət qədər yaxşı basketbolçularımız yetişir. Bunlar hələ ki, 14, 15, 16 yaşındadırlar. Bizim imkanımız olacaq ki, bu uşaqları basketbola cəlb edək. Böyük ehtimal, biz "3+2" limitinə qayıdacağıq. Sadəcə, çempionatın marağını artırıb, azarkeşləri zallara cəlb etmək istəyirik. İnanırıq ki, bugünkü limit daha faydalı olacaq.

Emin Ağa
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 02:51

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Dünən, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Dünən, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Oxşar xəbərlər