top
Emin Əmrullayev: “Liqada komanda sayı artırılacaq” İdman.biz
24 may 2024, 22:34
- ↺ +

Emin Əmrullayev: “Liqada komanda sayı artırılacaq”

Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev 2023/2024 mövsümünün bağlanış məarsimindən sonra jurnalistlərin suallarını cavablandırıb.

İdman.biz xəbər verir ki, qurum rəhbəri arxada qala Azərbaycan Basketbol Liqasını dəyərləndirib, gələcək planlar barədə məlumat verib.

- "Sabah" komandasını çempionluq münasibətilə təbrik edirəm. Düşünürəm ki, builki çempionat gərgin keçdi və basketbol həvəskarları maraqlı mövsüm izlədilər. Azərbaycan çempionunun Avropa kuboklarında ölkəmizi layiqincə təmsil edəcəyinə inanıram.

- Növbəti mövsümdə 1-ci Liqanın təşkili planlaşdırılıb?

- Hazırda bu məsələ müzakirə olunur. Bundan başqa, Azərbaycan Basketbol Liqasında komanda sayının artırılması nəzərdə tutulub. Hazırda 10 olan komandasını 12-yə yüksəltmək istəyirik. Gənclər arasında keçirilən çempionatın 1-ci Liqaya transformasiya edilməsi planlaşdırılıb. Yaxın günlərdə bu barədə açıqlama olacaq.

- Azərbaycanın Avropa yarışlarında iki komanda ilə təmsil olunması gözlənilirmi?

- Biz qitə yarışlarında 3 klubla təmsil olunmaq imkanına malikdir. "Sabah"ın FİBA Çempionlar Liqasında yarışmaq hüququ var. İnanıram ki, çempionumuz bu imkandan istifadə edəcək. Digər 2 klubumuz FİBA Avropa kubokunda çıxış edə bilər. Bu addım klubların maliyyə məsələlərindən asılı olacaq. Federasiya onlara dəstək verməyə hazırdır. İlk 3 pillədə qərarlaşan komandalardan hər hansı biri imtina edərsə, pley-offda iştirak edən digər klublar onu əvəz etmək hüququna malikdir. Hələlik yalnız "Sabah"ın iştirakı dəqiqdir.

- Azərbaycanın qadın basketbolçulardan ibarət 3x3 komandası Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Yığmadan nə gözləyirsiniz?

- Bu, böyük uğurdur. Komanda olaraq, hər oyunda qələbə qazanmağa çalışacaq. Məqsəd uğurlu nəticə əldə etmək və basketbolun ölkəmizdə populyarlaşmasına nail olmaqdır. İlk dəfə bu addım atılanda heç kim komandanın Olimpiadaya vəsiqə qazanacağını düşünmürdü. Biz bu vəzifənin öhdəsindək gəlmişik. Rəqiblərimiz güclüdür. Parisdə yaxşı nəticə qazanacağımıza ümid edirik.

- "Sabah"ın çempionluğu gözlənilən idi?

- Çempionatda kifayət qədər yaxşı rəqabət var. Bu amil bizi sevindirir. "Sabah" çempion titulunu qazandı. Bu gün fərqli nəticə də ola bilərdi.

Banuçiçək Hüseynli
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər