top
Ələkbər Həsənov: Beynəlxalq karyeramdan məmnunam, Azərbaycan basketboluna dəstəyə hazıram Idman.biz
18 avqust 2025, 13:24
- ↺ +

Ələkbər Həsənov: Beynəlxalq karyeramdan məmnunam, Azərbaycan basketboluna dəstəyə hazıram

Beynəlxalq Basketbol Federasiyasının (FIBA) bayrağı altında keçirilən yarışlarda karyerasını başa vuran azərbaycanlı hakim Ələkbər Həsənovun "Report"a müsahibəsi

- İlk olaraq beynəlxalq karyeranızı başa vurmağınızla bağlı təəssüratlarınızı öyrənmək istərdik. Hansı hissləri keçirirsiniz?

- Təbii ki, davam etmək istəyərdim. Amma yaş buna imkan vermir. Geriyə baxanda karyeramdan məmnumam. Mənim üçün uğurlu alındığını deyə bilərəm. Buna görə xoşbəxtəm.

- Hakimlik etdiyiniz ilk dönəmləri necə xatırlayırsınız?

- Beynəlxalq oyunları idarə etməyə başlayanda, FIBA-da imtahan verən zaman ölkəmizdə basketbol yüksək səviyyədə deyildi. Nə məşqçilər, oyunçular, nə də hakimlər var idi. Şərait də çox pis idi. Belə dönəmdə heç kimdən kömək almadan karyerama başladım. Qısa zamanda təcrübə yığdım, yaxşı oyunlara təyinat aldım. Artıq Avropada hamı Azərbaycanı tanıyır. İlk dəfə başlayanda hansı ölkədən olduğumu soruşurdular. Azərbaycan deyəndə tanımırdılar, xəritədə belə yerini göstərə bilmirdilər. İndi isə hamı ölkəmizi tanıyır. Çox xoşbəxtəm ki, Azərbaycanın ilk hakimi idim. Hazırda isə 5 FIBA referimiz var. Mənim ardımca bu yolu davam etdirirlər. Sizin vasitənizlə Azərbaycan Basketbol Federasiyana da təşəkkür edirəm. Son zamanlar ölkə basketboluna yeni nəfəs gəlib. Mənə də çox dəstək olublar.

- Beynəlxalq karyeranızı bitirməyinizllə bağlı qərarı nə vaxt vermisiniz?

- Artıq yayın ortasında bəlli idi. Serbiyada başqa turnirdə idim. Gürcüstanda təşkil olunan 16 yaşadək oğlanlar arasında Avropa çempionatının mənim üçün sonuncu olacağına qərar verdim. Orada da özümü maksimal dərəcədə göstərdim. Bütün matçlarda baş hakim oldum.

- Həmin turnirdə Sloveniya və İtaliya milliləri arasında üçüncü yer uğrunda oyunu da idarə etdiniz...

- Bu, çox vacib qarşılaşma idi. Mənə final görüşünü də verə bilərdilər. Sadəcə, bu yarışlarda final o qədər də önəmli deyil. Artıq hər ikisi medalı təmin etmişdi. Üçüncü yer uğrunda görüşdə isə biri mükafatsız qalacaqdı. Həmin vacib oyunu mənə tapşırdılar.

- Növbəti hədəfləriniz nə olacaq?

- Azərbaycandakı basketbol hakimlərinin də sayını artırmaq istəyirəm. Onların da mənim kimi Avropa çempionatlarındakı matçlara təyinat almasını arzulayıram. Ən azı bir hakimimizin Çempionlar Liqasına düşməsi üçün çalışacağam. Buna bir az zaman lazımdır. Əlimdən gələni edəcəyəm.

- Yeni hakimlər cəlb oluna bilərmi?

- Növbəti hədəflərimizdən biri də məhz budur. Xüsusən də uşaq liqalarında bunu etməliyik. Hazırda orada çalışan referilərin Azərbaycan Basketbol Liqasına və FIBA-nın turnirlərinə yollarını açmalıyıq. Bunun üçün işləyəcəyik. Bu ilin əvvəlində Yunanıstanda keçirilən FIBA-nın seminarında iştirak etmişəm. FIBA təlimatçısı kimi imtahanlar vermişəm. Ölkəmizdə hakimlərin səviyyəsini qaldırıb beynəlxalq quruma göstərməliyəm. Ondan sonra isə təlimatçı kimi təyinat ala biləcəyəm. Alınsa, oyunlarda hakimlərin işinə qiymət verəcəyəm.

- Növbəti mövsüm Azərbaycan Basketbol Liqasında (ABL) oyun idarə edəcəksiniz?

- Bəli. Amma neçə il davam edəcəyimi bilmirəm. Hələlik fiziki gücüm buna imkan verir. Hazırda hakimlərimizin sayı çox azdır. Artdıqdan sonra dayanacağam və digər işlərlə məşğul olacağam.

- Əvvəlki mövsümdəki kimi ABL-də əcnəbi hakimləri görə biləcəyik?

- Mən olmasını istəmirəm. Bizdə belə təcrübə olmamışdı. İstədik ki, ölkə xaricindən də referilər gəlsin. Gənclər onlardan da təcrübə qazansınlar. Qarşıdakı mövsümdə əcnəbi hakimlərdən istifadə edəcəyimizi düşünmürəm. ABL-də artıq A və B qrupları var. Gənc hakimləri B qrupuna dəvət edə bilərik. İnanıram ki, mövsümün oyunlarını öz hakimlərimiz idarə edəcəklər.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Bu gün, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Bu gün, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Bu gün, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Bu gün, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Bu gün, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Bu gün, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Bu gün, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Bu gün, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Bu gün, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Bu gün, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Bu gün, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Bu gün, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Bu gün, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Futbol
Bu gün, 20:53

Real Madridə verilən penalti səhvən qərarlandı

Gimnastika
Bu gün, 20:41

Tofiq Əliyev: Dünya çempionatının təyin mərhələsində liderlik etdik, ardıcıllıqla üçüncü dünya çempionluğu hədəfimizdir

Futbol
Bu gün, 20:29

Qəbələ-2 3-7 məğlubiyyətə düşdü

Futbol
Bu gün, 20:23

Tenerifeli hücumçu İesus de Migele ölümündən sonra vəziyyəti ilə bağlı açıqlama verən qapıçı İesus Ovono

Qarabağ FK
Bu gün, 20:01

İsveçin Höteborq şəhərində Zəfər Gününə həsr olunan şahmat turnirinin qalibləri açıqlanıb - FOTO

Digər
Bu gün, 20:00

Nazir: Azərbaycan qlobal idman yarışlarına ev sahibliyi edərək dünya idman mərkəzi kimi tanındı

Digər
Bu gün, 20:00

Fənərbaxçanın əvvəlki prezidenti Səddəddin Sarana bəraət verilib

Futbol
Bu gün, 19:38

"Şamaxı"nın futbolçusu Abdul Raşid Mumini Benin millisinə çağırılıb;

Futbol
Bu gün, 19:34

Kolumbiyalı qapıçı David Ospina 38 yaşında karyerasını başa vurdu

Futbol
Bu gün, 19:30

Manchester United'ın yarımmüdafiəçisi Kobbi Meynu PSJ-nin hədəfində

Oxşar xəbərlər