top
Ələkbər Həsənov: Beynəlxalq Karyeram Uğurlu Oldu, Buna Görə Xoşbəxtəm Report.az
18 avqust 2025, 12:49
- +

Ələkbər Həsənov: Beynəlxalq Karyeram Uğurlu Oldu, Buna Görə Xoşbəxtəm

Beynəlxalq Basketbol Federasiyasının (FIBA) bayrağı altında keçirilən yarışlarda karyerasını başa vuran azərbaycanlı hakim Ələkbər Həsənov "Report"un suallarını cavablandırıb. Azərbaycan Basketbol Federasiyasının Hakimlər Komitəsinin sədri krayerasını "vərəqləyib" və qarşıdakı planlardan söz açıb.

- İlk olaraq beynəlxalq karyeranızı başa vurmağınızla bağlı təəssüratlarınızı öyrənmək istərdik. Hansı hissləri keçirirsiniz?
- Təbii ki, davam etmək istəyərdim. Amma yaş buna imkan vermir. Geriyə baxanda karyeramdan məmnumam. Mənim üçün uğurlu alındığını deyə bilərəm. Buna görə xoşbəxtəm.

- Hakimlik etdiyiniz ilk dönəmləri necə xatırlayırsınız?
- Beynəlxalq oyunları idarə etməyə başlayanda, FIBA-da imtahan verən zaman ölkəmizdə basketbol yüksək səviyyədə deyildi. Nə məşqçilər, oyunçular, nə də hakimlər var idi. Şərait də çox pis idi. Belə dönəmdə heç kimdən kömək almadan karyerama başladım. Qısa zamanda təcrübə yığdım, yaxşı oyunlara təyinat aldım. Artıq Avropada hamı Azərbaycanı tanıyır. İlk dəfə başlayanda hansı ölkədən olduğumu soruşurdular. Azərbaycan deyəndə tanımırdılar, xəritədə belə yerini göstərə bilmirdilər. İndi isə hamı ölkəmizi tanıyır. Çox xoşbəxtəm ki, Azərbaycanın ilk hakimi idim. Hazırda isə 5 FIBA referimiz var. Mənim ardımca bu yolu davam etdirirlər. Sizin vasitənizlə Azərbaycan Basketbol Federasiyana da təşəkkür edirəm. Son zamanlar ölkə basketboluna yeni nəfəs gəlib. Mənə də çox dəstək olublar.

- Beynəlxalq karyeranızı bitirməyinizllə bağlı qərarı nə vaxt vermisiniz?
- Artıq yayın ortasında bəlli idi. Serbiyada başqa turnirdə idim. Gürcüstanda təşkil olunan 16 yaşadək oğlanlar arasında Avropa çempionatının mənim üçün sonuncu olacağına qərar verdim. Orada da özümü maksimal dərəcədə göstərdim. Bütün matçlarda baş hakim oldum.

- Həmin turnirdə Sloveniya və İtaliya milliləri arasında üçüncü yer uğrunda oyunu da idarə etdiniz...
- Bu, çox vacib qarşılaşma idi. Mənə final görüşünü də verə bilərdilər. Sadəcə, bu yarışlarda final o qədər də önəmli deyil. Artıq hər ikisi medalı təmin etmişdi. Üçüncü yer uğrunda görüşdə isə biri mükafatsız qalacaqdı. Həmin vacib oyunu mənə tapşırdılar.

- Növbəti hədəfləriniz nə olacaq?
- Azərbaycandakı basketbol hakimlərinin də sayını artırmaq istəyirəm. Onların da mənim kimi Avropa çempionatlarındakı matçlara təyinat almasını arzulayıram. Ən azı bir hakimimizin Çempionlar Liqasına düşməsi üçün çalışacağam. Buna bir az zaman lazımdır. Əlimdən gələni edəcəyəm.

- Yeni hakimlər cəlb oluna bilərmi?
- Növbəti hədəflərimizdən biri də məhz budur. Xüsusən də uşaq liqalarında bunu etməliyik. Hazırda orada çalışan referilərin Azərbaycan Basketbol Liqasına və FIBA-nın turnirlərinə yollarını açmalıyıq. Bunun üçün işləyəcəyik. Bu ilin əvvəlində Yunanıstanda keçirilən FIBA-nın seminarında iştirak etmişəm. FIBA təlimatçısı kimi imtahanlar vermişəm. Ölkəmizdə hakimlərin səviyyəsini qaldırıb beynəlxalq quruma göstərməliyəm. Ondan sonra isə təlimatçı kimi təyinat ala biləcəyəm. Alınsa, oyunlarda hakimlərin işinə qiymət verəcəyəm.

- Növbəti mövsüm Azərbaycan Basketbol Liqasında (ABL) oyun idarə edəcəksiniz?
- Bəli. Amma neçə il davam edəcəyimi bilmirəm. Hələlik fiziki gücüm buna imkan verir. Hazırda hakimlərimizin sayı çox azdır. Artdıqdan sonra dayanacağam və digər işlərlə məşğul olacağam.

- Əvvəlki mövsümdəki kimi ABL-də əcnəbi hakimləri görə biləcəyik?
- Mən olmasını istəmirəm. Bizdə belə təcrübə olmamışdı. İstədik ki, ölkə xaricindən də referilər gəlsin. Gənclər onlardan da təcrübə qazansınlar. Qarşıdakı mövsümdə əcnəbi hakimlərdən istifadə edəcəyimizi düşünmürəm. ABL-də artıq A və B qrupları var. Gənc hakimləri B qrupuna dəvət edə bilərik. İnanıram ki, mövsümün oyunlarını öz hakimlərimiz idarə edəcəklər.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Dünən, 23:24

Qəbələdə Neftçi 3 qolla qalib gəldi - Video icmalı

Qarabağ FK
Dünən, 23:05

Qurban Qurbanov: “1:0 qələbə aldıq, lakin bəzi futbolçular uzun fasilədə istirahətə üstünlük verirlər”

Futbol
Dünən, 18:26

Gəncəbasar 2 oktyabrda Kəpəzlə təlim mərkəzində yoxlama oyunu keçirəcək

Futbol
Dünən, 14:31

Karvan‑Yevlax futbolçusu Ruslan Voronsovla yollarını ayırdı;

Şahmat
Dünən, 11:54

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan kişi və qadın yığmaları üçüncü turda İsveçrə və İsveçlə üz-üzə

Futbol
Dünən, 11:11

Libertadores Kubokunda yarımfinal cütləri açıqlanıb: Flamenqo‑Estudiantes, Palmeyras‑Fluminense qarşılaşacaq

Formula 1
Dünən, 10:05

Formula-1 Qran-prisi zamanı Bakıda yol hərəkəti cədvəli açıqlanıb

Futbol
Dünən, 10:00

“Sumqayıt”da zədəli vitse‑kapitan Roy Kehat komanda ilə məşqlərə qayıdır

Boks
Dünən, 09:48

Azərbaycanın iki boksçusu Avropa çempionatında qələbə qazandı

Qarabağ FK
Dünən, 09:10

Qarabağ – Şəfa: Misli Premyer Liqasının 6-cı turunun ilk oyun günü

Futbol
Dünən, 04:53

“Bavariya” “Benfika”nın mərkəz müdafiəçisi Tomas Arauxonu transfer etmək istəyir

Digər
Dünən, 03:31

İsveçin keçmiş dünya hokkey çempionu Hans Tvillinq 98 yaşında vəfat etdi

Futbol
Dünən, 01:02

Beşiktaş Avropa Liqası I turunda Marsel'i 4:1 hesabı ilə məğlub etdi

Futbol
17 sentyabr 2026, 23:54

“Qəbələ”nin yeni baş məşqçisi Yeton Beqiri təqdim edildi

Qarabağ FK
17 sentyabr 2026, 23:48

Misli Premyer Liqası VI turun hakim heyəti açıqlanıb

Olimpiada
17 sentyabr 2026, 22:25

Azərbaycan Atletika Milli Komandasının yeni məşqçi təyinatı

Futbol
17 sentyabr 2026, 19:37

Kəpəz – Sumqayıt qarşılaşması üçün 4000 bilet satılıb, azarkeş marağı yüksəkdir

Futbol
17 sentyabr 2026, 18:47

Barselona qapıçısı Joan Qarsiya sağ dizində narahatlıqla zədələnib

Futbol
17 sentyabr 2026, 18:05

Azərbaycan U-18 milli komandası 21‑23 sentyabr Bayıl Təlim‑Məşq Mərkəzində seleksiya toplanışı keçirəcək

Basketbol
17 sentyabr 2026, 16:08

ABL yeni mövsümün açılış oyununda “Sabah” komandası “LANDAU Lions” ilə qarşılaşacaq

Futbol
17 sentyabr 2026, 13:00

Litva millisinin Azərbaycanla oyunları üçün heyəti açıqladı

Basketbol
17 sentyabr 2026, 11:32

Neftçi klubuna ABŞlı basketbolçu Zakeriya Hiks qoşuldu

Futbol
17 sentyabr 2026, 05:34

“Barselona” 2026/27 mövsümündə rekord starta imza atdı

Futbol
17 sentyabr 2026, 04:21

“Mançester Yunayted” 42 illik ev qalibiyyət seriyasını qırdı

Oxşar xəbərlər