top
Dina Ulyanova:  Arzunu gerçəkləşdirmək üçün isə dayanmadan üzərində işləməlisən Sport24.az
16 aprel 2024, 14:08
- ↺ +

Dina Ulyanova: " Arzunu gerçəkləşdirmək üçün isə dayanmadan üzərində işləməlisən"

Parisdəki hədəfimiz də uğur qazanmaq olacaq. Sport24.az xəbər verir ki, bunu Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisinin üzvü Dina Ulyanova Honqkonqda keçirilən Olimpiya Təsnifat turnirində qalib olmaları barədə danışarkən deyib.

 

Paris Yay Olimpiya Oyunlarına lisenziya qazanan yığmanın oyunçusu tarixi uğurun davamını Fransada gətirmək istədiklərini bildirib: "Olimpiya Oyunlarında dünyanın 8 güclü komandası mübarizə aparacaq. Orada 1 dəqiqə belə arxayınlaşmaq olmaz. Təbii ki, biz də uğur qazanmağa köklənəcəyik. Parisdə hədəfimiz məhz bu olacaq".

 

Ulyanova öz işlərini sevdikləri üçün uğur qazandıqlarını söyləyib: "Uğura aparan yolun əvvəli bir neçə il öncəyə dayanır. İlk dəfə Macarıstanda beynəlxalq turnirə qatılmışdıq. Dünyada elə bir idmançı yoxdur ki, Olimpiadanı arzulamasın. Bu fikirlər hər zaman beynimdə olub. Arzunu gerçəkləşdirmək üçün isə dayanmadan üzərində işləməlisən. Mən də hər zaman bunu arzulayırdım və buna doğru addımlayırdım".

 

Xanım basketbolçu yarımfinaldan sonra hisslərini cilovlaya bilməməsindən də danışıb: "Təbii ki, uğur qazanacağımıza inanırdım. Turnirdəki hər bir oyun gərgin mübarizə şəraitində keçdi. Yüksək köklənmə və sonadək mübarizə nəticəsində istəyimizə çatdıq. Aleksandra Mollenhauerin son dəqiq atışından sonra Olimpiyadaya gedəcəyimizi dərk etdik".

 

Qeyd edək ki, millimiz turnirin finalında Polşaya 18:17 hesabı ilə qalib gələrək Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Azərbaycan ilk dəfə komanda idman növündə olimpiadada təmsil olunacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 05:11

Erlinq Holand UEFA Çempionlar Liqasında 62-ci qolunu vurdu, Raulun rekorduna yaxınlaşır

Futbol
Bu gün, 04:12

"Komo" Çempionlar Liqasının səfər oyununda 55 illik rekordunu təkrarladı

Futbol
Bu gün, 02:51

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Oxşar xəbərlər