Bu gün Azərbaycan çempionu "Sabah" FİBA Çempionlar Liqasının təsnifat mərhələsində ilk oyununa start verəcək.
İdman.biz xəbər verir ki, çempionumuzun rəqibi İsveçin "Norçepinq Dolfins" klubu olacaq.
Qarşılaşma Türkiyənin Antalya şəhərində, Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.
Qeyd edək ki, "Sabah" - "Norçepinq Dolfins" cütünün qalibi sentyabrın 19-da keçiriləcək yarımfinalda İsveçrənin "Friburq" klubu ilə üz-üzə gələcək.
İdman.biz