top
Cəbrayıl Əkbərov: Gəncə hələ bütün potensialını tam göstərməyib - MÜSAHİBƏ - FOTO Idman.biz
11 noyabr 2025, 15:43
- +

Cəbrayıl Əkbərov: "Gəncə" hələ bütün potensialını tam göstərməyib" - MÜSAHİBƏ - FOTO

Azərbaycan Basketbol Liqasında mövsüm davam edir. Yaxınlarda A qrupunda keçirilən VI turun oyununda "Gəncə" ilə "NTD" komandaları qarşılaşıb. Görüş "Gəncə"nin 90:78 hesablı qələbəsi ilə yekunlaşıb. Bu, ardıcıl uğursuz oyunlardan sonra komandanın Liqadakı ikinci qələbəsi olub.

Keçirilən görüş, Gəncə basketbolunun inkişafı, stritbol(son zamanlar dünyada çox böyük məşhurluq qazanıb və şəhərlərdə ən geniş yayılan komanda idman növüdür -red) və digər mövzular barədə İdman.Biz "Gəncə" klubunun və Azərbaycan millisinin basketbolçusu Cəbrayıl Əkbərovla söhbətləşib.

- "Gəncə" mövsümdə ikinci qələbəsini qazandı və yenə "NTD" üzərində. Bu ardıcıllığın səbəbi nədir?

- Məncə, bu, sadəcə təsadüfdür. Növbəti oyunda "Abşeron Lions"la qarşılaşmada bunu sübut etməyə çalışacağıq. Əlbəttə, ardıcıl uğursuzluqlardan sonra "NTD" üzərindəki qələbə çox vacib idi. "Gəncə" hələ bütün potensialını tam göstərməyib. Oyunçularımız tez-tez zədələnir, bu da heyətə təsir edir. Hətta "NTD" ilə matçda da yerli basketbolçulardan biri zədə səbəbindən meydana çıxa bilmədi.

- "Sabah" artıq bir neçə ildir ki, Liqanın çempionu olur. "Gəncə"də ilk dəfə oynayanda finalda məhz onlara uduzmuşdunuz. Onların seriyasını dayandırmaq istəyiniz varmı?

- Əlbəttə, var. Sirr deyil ki, "Sabah" çox güclü heyətə malikdir: onlar bahalı legionerləri cəlb edir və bütün altı əcnəbi oyunçuları eyni səviyyədədir. Digər klubların büdcələri daha kiçikdir - adətən altı legionerdən üçü güclü olur, digərləri onlara uduzur. Buna görə də oyun bərabər getsə belə, sonunda adətən "Sabah" qalib gəlir.

Bundan başqa, komandada çox təcrübəli baş məşqçi var - keçmiş tanınmış basketbolçu və Avropada məşhur mütəxəssis Rimas Kurtinaytis. Keçən il məni "Sabah"ın Litvadakı təlim-məşq toplanışına və Çempionlar Liqasının seçmə mərhələsində iştirak üçün dəvət etmişdilər. Komanda ilə bir yarım ay keçirdim və Kurtinaytisin necə işlədiyini şəxsən gördüm.

Onların məşq prosesi struktur baxımından digər klublardan çox fərqlənmir, amma fərq detallardadır - bir məşqçi onları görür, digəri yox. Ən əsas fərq isə tempdədir: məşqlərin intensivliyi və sürəti xeyli yüksəkdir. Buna öyrəşəndən sonra oyunlarda hər şey daha asan olur - daha sürətli və inamlı oynayırsan.

- Legionerlərdən danışarkən elə təəssürat yaranır ki, yerli oyunçular komandada ikinci plandadır. Bu, doğrudurmu?

- Mən belə deməzdim. Basketbolda beş nəfər oynayır və hamının güclü olması vacibdir. Hər bir məşqçi yaxşı yerli oyunçularda maraqlıdır - istər start heyəti üçün, istərsə də əvəzləmə üçün. Üstəlik, Azərbaycan Kubokunda yerli basketbolçuların rolu legionerlərə nisbətən daha böyükdür.

- Yerli basketbolçuların hazırkı səviyyəsini necə qiymətləndirirsiniz?

- Artım üçün imkan var. Bunun üçün daha çox oyun təcrübəsi lazımdır - xüsusilə legionerlərlə birlikdə oynamaq vacibdir, çünki onlar daha yüksək səviyyədə çıxış edirlər. Bu, inkişafı sürətləndirir. Həmçinin, yaxşı fərdi məşqçi ilə işləmək də vacibdir. Amma ən əsası - daim oynamaq lazımdır.

Gələn mövsümdən oynamayan və ya az meydan vaxtı alan basketbolçular üçün yaxşı imkan yaranacaq. Federasiya prezidenti açıqladı ki, İkinci Liqa yaradılacaq. Bu Liqa oyunçular üçün özlərini göstərmək, formaya düşmək və Əsas Liqaya yüksəlmək üçün stimul olacaq.

- Artıq məlumdurmu, İkinci Liqanın tərkibi necə formalaşacaq?

- Düşünürəm ki, ənənəvi qayda ilə - hər məşqçi komandasının tərkibini özü müəyyən edəcək. Onlar hansı oyunçuların Əsas Liqaya hazır olduğunu, hansının isə hələ vaxtı çatmadığını görəcəklər. Elə hallar da mümkündür ki, oyunçu həm Əsas, həm də İkinci Liqadan dəvət alsın. Əgər ABL-də onu ehtiyat oyunçu rolu gözləyirsə, o, daha çox oynamaq və inkişaf etmək üçün İkinci Liqanı seçə bilər.

- Sizcə, çoxlu sayda yerli oyunçu İkinci Liqaya keçməyə razılaşacaqmı?

- Mənim belə planım yoxdur. Digərləri üçün isə hər şey İkinci Liqanın səviyyəsindən asılı olacaq - nə qədər rəqabətli olacaq, oyunçulara hansı şərtlər və maaşlar təklif ediləcək.

- "Gəncə"də artıq bir neçə mövsümdür oynayırsınız. Bu şəhərə qayıtmaq necə hissdir?

- Artıq öyrəşmişəm. Şəhər kiçik, rahat, hər yer yaxındadır, hava da əladır. Bakıdakı səs-küydən uzaq yaşayırsan, tamamilə məşqlərə fokuslana bilirsən. Zal yalnız bizim komanda üçün nəzərdə tutulub, ona görə də məşq cədvəli ilə bağlı heç bir problem olmur - istəsən, tez gələ, ya da məşqdən sonra qalaraq əlavə işləyə bilərsən.

Komandanın hər mövsüm irəliləməsini görmək də xoşdur. İlk ili xatırlasaq - o vaxt biz Kuboku qazanmış və Liqanın finalına çıxmışdıq, amma indi bütün komandaların səviyyəsi nəzərəçarpacaq dərəcədə artıb. "Gəncə" də bununla ayaqlaşır, daha təcrübəli oyunçular dəvət edir.

- Bu mövsüm azarkeş dəstəyi necədir?

- Bakıda tribunadakı insanların sayı birinci mövsümlə müqayisədə xeyli azalıb. Bəlkə də bu, oyunların indi başqa zalda keçirilməsi ilə bağlıdır - yer çox münasib deyil, həm də oyunlardan əvvəl və sonra daimi tıxaclar olur.

Gəncədə də azarkeş sayı bir qədər azalıb. Əvvəllər tribunaların 90 faizini fan-klub, 10 faizini isə adi tamaşaçılar təşkil edirdi. İndi fan-klubun sayı azalıb. Sonuncu dəfə onlardan cəmi üç nəfər gəlmişdi.

- Azarkeş marağının azalmasının səbəbi nədir?

- Məncə, oyunların daha fəal təbliğinə və azarkeşlərlə işləməyə ehtiyac var. Gəncədə hər şey yaxın məsafədədir, oyuna gəlmək problem deyil, amma görünür, reklam çatışmır. İlk mövsümüm zamanı komandanın çox güclü SMM işi vardı - sosial şəbəkələr peşəkarcasına idarə olunurdu. Bundan başqa, azarkeşlər çox vaxt konkret oyunçulara bağlanır və onlar üçün oyuna gəlirlər. Heyət tam dəyişəndə tamaşaçının bir hissəsi də marağını itirir.

- Komandanız Gəncədə basketbolun populyarlaşmasına təsir göstərirmi?

- Düşünürəm ki, bəli. Oyunlarımıza çox sayda uşaq və yeniyetmə gəlir, onların çoxu özü də basketbolla məşğuldur. Bizə və legionerlərə baxıb motivasiya tapırlar, özlərini bizdə görürlər.

Keçən il oyunçularımız gənc idmançılarla görüşlər keçirirdi, bəzən məşqçi uşaqlara bizim məşqləri izləməyə də icazə verirdi. Bu, bir növ ustad dərsi kimi olurdu - uşaqlar peşəkar komandanın necə işlədiyini görür və bu da onları ruhlandırır.

- Gəlin, milli komandadan danışaq. Yığmanın qarşıda oyunları varmı?

- Bəli, tezliklə 2029-cu il Avropa çempionatının seçmə mərhələsi öncəsi toplanışımız başlayacaq.

- Yığmanın şanslarını necə qiymətləndirirsiniz?

- Dəqiq demək çətindir, amma düşünürəm, 50/50-dir. Qruplardan yalnız birinci yeri tutan komandalar və ikinci yeri alanlardan ən yaxşı nəticəyə sahib olan bir komanda çıxacaq. Bizim qrupda çox güclü rəqiblər yoxdur. Artıq İrlandiya ilə qarşılaşmışıq, onları tanıyırıq. Həmçinin Lüksemburq və Şimali Makedoniya ilə oyunlarımız olacaq - bu komandalar bizim üçün əlçatandır.

Əgər yaxşı hazırlaşa bilsək və daha çox birgə məşq etsək, şanslarımız var. Əsas problem ondan ibarətdir ki, biz birlikdə çox az məşq edirik - yarışlardan öncə adətən cəmi 8-9 günümüz olur. Bu müddət ərzində komanda tam uyğunlaşmağa imkan tapmır.

Bizim üçün Gürcüstanda və ya Türkiyədə yoldaşlıq oyunları keçirmək faydalı olardı – bu, həm yaxın məsafədədir, həm də orada güclü komandalar var. Belə görüşlər qarşılıqlı anlaşmanı artırır.

- Siz həm də stritbol üzrə milli komandanın üzvüsünüz. Bu idman növü ilə yolunuz necə başladı?

- Hər şey məni Serbiyadakı stritbol üzrə milli komandanın toplanışına dəvət etməklə başladı. Orada ilk təcrübəmi qazandım və özümü pis göstərmədim. İlk cəhddə əsas heyətə düşə bilmədim, amma sonradan alındı. Komanda ilə birlikdə Avropa çempionatına vəsiqə qazandıq və həmin turnirdə iki dəfə çıxış etdim.

- Klassik basketbolla stritbolu necə uzlaşdırırsınız?

- Hər yerdə maksimum dərəcədə çalışıram. Amma eyni zamanda başa düşmək lazımdır ki, hər nə qədər top və halqa eyni olsa da, bu, iki fərqli idman növüdür. Onları müqayisə etmək olmaz. Stritbolda yüksək fiziki hazırlıq və dəqiq atış çox vacibdir. Bu, daha çox təmaslı və dinamik oyundur, nəticə çox vaxt fərdi qərarlardan və oyunçunun şəxsi keyfiyyətlərindən asılı olur.

Digər ölkələrdə 5x5 və 3x3 basketbol yığmaları fərqli oyunçulardan formalaşır. Bizdə isə demək olar, eyni idmançılar hər iki növdə oynayır. Bu isə stritbolun inkişafına mane olur. Yüksək nəticələr əldə etmək üçün bu idman növü ilə ilboyu məşğul olmaq, daimi məşqçi və mütəmadi yarışlara malik olmaq lazımdır.

- Stritbolda inkişaf etmək istəyənlərə nə tövsiyə edərdiniz?

- Bizdə hələ bu istiqamətdə inkişaf üçün sistem yoxdur. Yarışlar nadir hallarda və yalnız həvəskar səviyyədə keçirilir. Ona görə də kim doğrudan da inkişaf etmək istəyirsə, hələlik ən doğru yol başqa ölkəyə getməkdir. Orada sıfırdan başlamaq, bir müddət pulsuz oynamaq, özünü göstərmək mümkündür. Əlbəttə, bu, asan deyil - bütün xərcləri özün qarşılamalısan, komanda tapmaq da çətindir. Amma özünü göstərə bilsən, peşəkar səviyyəyə yüksəlmək mümkündür.

- Bu il kişilərdən ibarət stritbol yığmamız İslam Oyunlarına vəsiqə qazana bilmədi...

- Bəli, bu, məni çox məyus etdi. Mənim üçün bu, ilk İslam Oyunları olacaqdı və səbirsizliklə gözləyirdim. Düşünürəm, orada yaxşı nəticə göstərə bilərdik.

Bu il İslam Oyunları FIBA qaydalarına əsasən keçirilir, amma reytinqdə bizim mövqeyimiz yüksək deyil. Səbəb - dünya və Avropa çempionatlarının seçmə mərhələlərində uğurlu çıxış edə bilməməyimizdir. Bəzi oyunçular çatmadı, üstəlik, yarışlar milli liqanın bitməsindən dərhal sonra başlandı. Hazırlıq üçün çox az vaxtımız oldu.

- İslam Oyunlarında qadın yığmamız çıxış edəcək. Onların oyunlarını izləyəcəksinizmi?

- Əlbəttə! Qızlar Avropa çempionatında "gümüş" medal qazandılar və bu, artıq onların səviyyəsindən xəbər verir. İslam Oyunlarında da onların şansları çox yüksəkdir. Üstəlik, bu il yarışlarda çox komanda yoxdur. Mütləq izləyəcəyəm və azarkeşlik edəcəyəm - əminəm ki, onlar layiqli çıxış göstərəcəklər.

Leyla Eminova

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 21:30

İngiltərə qapıçısı Din Henderson “Kristal Palace”la 2030-cu ilə qədər müqaviləsini uzatdı

Futbol
Bu gün, 20:06

Sumqayıt FK-nın yeni kapitanı İsa Suliman olaraq təyin olundu

Futbol
Bu gün, 17:39

“Kəpəz” stadionda pirotexniki vasitə istifadə edən azarkeşə xəbərdarlıq edib və cərimə kəsdi

Futbol
Bu gün, 16:21

“Neftçi” Azərbaycan çempionatında 1000-ci oyununa çıxacaq - VIDEO

Qarabağ FK
Bu gün, 16:08

Bense Varkonyi: “Qarabağ”a keçid və Macarıstan milli dəvəti karyeramda yeni mərhələdir

Futbol
Bu gün, 12:56

“Qəbələ”nin yeni baş məşqçisi Şimali Makedoniyalı Yeton Bekiri oldu

Futbol
Bu gün, 12:12

Messi Argentina milli komandası ilə vidalı dostluq oyununa çıxacaq

Futbol
Bu gün, 12:05

Azərbaycanın 19 yaşadək qız futbol millisi Moldovaya 5-3 hesabıyla məğlub oldu;

Futbol
Bu gün, 05:44

Enzo Fernandes: Messi tarixdəki ən böyük futbolçudur

Futbol
Bu gün, 01:36

Lionel Messi Argentina milli komandası üçün dostluq matçlarına dəvət edildi

Futbol
Bu gün, 00:27

Barcelona, Rafinha ilə yeni müqavilə danışıqlarına start verdi

Futbol
Dünən, 23:54

U-20 milli komandamız oktyabrın 3‑ü Moldovayla, 6‑sı Yaponiyaya qarşı yoldaşlıq matçları keçirəcək

Futbol
Dünən, 23:50

Xames Rodriges milli komandada futbol karyerasını başa vurdu

Futbol
Dünən, 22:35

AFFA-nın Media və İctimaiyyətlə Əlaqələr şöbəsinə yeni mətbuat katibi və digər əməkdaşlar təyin olundu

Futbol
Dünən, 21:31

Mikloško, Çex və Çexoslovakiya millisinin keçmiş qapıçısı, 64 yaşında vəfat edib

Futbol
Dünən, 21:13

Harri Keyn 2026-cı ilin “Qızıl top” mükafatı üçün kampaniya aparmayacaq

Futbol
Dünən, 20:58

David Domgjoni-nun Kəpəzdəki debutu: Hər şey yaxşı alındı

Qarabağ FK
Dünən, 20:28

“Qarabağ”ın mərkəz müdafiəçisi Bense Varkonyi ilk dəfə Macarıstan milliyə dəvət olundu

Futbol
Dünən, 19:29

Elvin Camalov Neftçiyə veda etdi, karyerasını Qəbələdə davam etdirəcək

Qarabağ FK
Dünən, 18:50

Azərbaycan – Tacikistan dostluq matçının hakim heyəti kimlərdən ibarətdir?

Basketbol
Dünən, 16:23

Naxçıvan basketbol klubu Said İsmayılovu 1 illik müqavilə ilə transfer etdi

Futbol
Dünən, 15:40

Karvan‑Yevlax, “Zirə”nin hücumçusunu icarəyə götürdü

Futbol
Dünən, 12:55

“Kəpəz” komandası “Qəbələ” matçında pirotexnika istifadəsi üçün 5 000 manat cərimə aldı

Qarabağ FK
Dünən, 10:50

"Neftçi" Premyer Liqanın ilk 5 oyununda 17 qol ilə XXI əsrin rekordunu qırdı

Oxşar xəbərlər