top
Briana Freyzer Şanxaydakı Dünya Seriyası Finalı və Azərbaycan Basketbolunun Uğurları Haqqında Idman.biz
15 sentyabr 2025, 13:27
- ↺ +

Briana Freyzer Şanxaydakı Dünya Seriyası Finalı və Azərbaycan Basketbolunun Uğurları Haqqında

Azərbaycanın qadınlardan ibarət basketbolun 3x3 növü üzrə millisi sentyabrın ilk yarısını uğurla başa vurub. Komandamız Kopenhagendə Avropa çempionatının gümüş medalını qazandıqdan sonra, Şanxayda keçirilən Dünya Seriyasının final turnirində də 2-ci yeri əldə edib. İdman.biz yığmamızın ən məhsuldar basketbolçusu Briana Freyzer ilə müsahibəni təqdim edir:

– Milli komanda Dünya Seriyasının finalında debüt etdi və gümüş medal qazandı. Avropa çempionatındakı uğurdan sonra bu turnirdə motivasiya necə idi?

– İki il əvvəl Dünya Seriyasının həlledici mərhələsində oynamışdıq. Həmin vaxt indiki heyətimiz – Erika Karter, Aleksandra Mollenhauer, Dina Ulyanova və mən – "Neftçi" klubunu Ulan-Batorda təmsil edirdik. 1/4 finala qədər irəliləyə bildik. İndi isə milli komanda olaraq mövsümün finalına yüksəldik və gümüş medal qazandıq. Bu nailiyyətə görə çox sevinirəm. Komanda yaxşı hazırlaşmışdı və göstərdi ki, biz artıq yalnız Avropada yox, dünyada da liderlərdən biriyik.

– Şanxayda çox gərgin mübarizə oldu, üç oyunu – 1/4 final və yarımfinal da daxil olmaqla, iki xal fərqi ilə qazandınız. Demək olarmı ki, mənəvi-psixoloji keyfiyyətlər finala çıxmağınızda əsas rol oynadı?

– Biz oyundan-oyuna addımlayırdıq və təbii ki, hər görüşdə qələbə qazanmaq istəyirdik. Kanadaya startdakı məğlubiyyətdən sonra Niderland U-25 üzərində qələbə qazandıq və qrupun son oyununa – Rumıniyanın "Rapid"inə qarşı görüşə hazırlaşırdıq. Amma güclü yağış səbəbindən oyun təxirə salındı və yalnız ertəsi gün oynadıq. Bu, motivasiyamıza təsir etmədi və qələbə bizi pley-off-a daşıdı. Burada artıq gərgin anlar başladı. Lakin 1/4 finalda Monqolustanın "Ulan-Bator Amazons" komandası ilə, sonra isə yarımfinalda Niderlandla qarşılaşmada taktiki cəhətdən düzgün oynadıq, məşqçinin tapşırıqlarını yerinə yetirdik və finala yüksəldik.

– Avropa çempionatının finalındakı məğlubiyyətə görə Niderland basketbolçularından revanş almaq xoş oldu?

– Kopenhagendə onlara qarşı yaxşı oynamışdıq, sadəcə beş xal fərqi ilə uduzmuşduq. Onların oyun sxemini təxminən bilirdik. Şanxayda qrup birincisi olaraq birbaşa yarımfinala çıxmışdılar. Matçımız çox gərgin keçdi, son saniyələrə qədər mübarizə getdi və nəticədə qələbə bizim oldu.

– Turnirə Kanadaya qarşı oyunla başladınız, finalda da onlarla qarşılaşdınız və hər iki dəfə rəqib qələbə qazandı. Həlledici matçın alınmamasına görə təəssüfləndinizmi?

– Kimlə oynamağımızdan asılı olmayaraq, mən həmişə milli komandamızın gücünə inanıram. Əlbəttə, hamımız qalib gəlmək istəyirdik, amma bu oyunlar bizə hansı cəhətləri daha da inkişaf etdirməli olduğumuzu göstərdi. Kanada üçüncü dəfə Dünya Liqasının qalibi oldu. Finalda uzaq məsafədən dəqiq atışlarla tez fərqləndilər və irəlilədilər. Bir anda fərqi azaltmağa nail olduq, amma həlledici məqamda üstünlüyü kanadalılar qazandı. Finala yüksəlmək özü-özlüyündə bizim üçün böyük uğurdur. Göstərdiyimiz oyun isə gələcək üçün ilham verir.

– Siz Dünya Seriyasının final mərhələsinin ən yaxşı snayperi oldunuz, 54 xal qazandınız və 31 ribaundla da liderlik etdiniz. Demək olarmı ki, yalnız milli komanda yox, sizin oyun səviyyəniz də yeni mərhələyə yüksəldi?

– Basketbolda ilk növbədə komanda nailiyyətləri vacibdir. Milli komandanın belə uğurlar qazanması qürurvericidir – Dünya Liqasının, Avropa çempionatının finalında oynadıq, ondan əvvəl Buxarest və Sumqayıt mərhələlərində qələbə qazandıq. Komandaya öz töhfəmi verdiyimə görə sevinirəm, amma yoldaşlarım da az zəhmət çəkmədilər. Statistikada lider olmaq xoşdur, lakin kollektiv uğur daha dəyərlidir.

Zaki Feyzullayev
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Bu gün, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Bu gün, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Bu gün, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Bu gün, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Bu gün, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Bu gün, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Bu gün, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Bu gün, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Futbol
Bu gün, 20:53

Real Madridə verilən penalti səhvən qərarlandı

Gimnastika
Bu gün, 20:41

Tofiq Əliyev: Dünya çempionatının təyin mərhələsində liderlik etdik, ardıcıllıqla üçüncü dünya çempionluğu hədəfimizdir

Futbol
Bu gün, 20:29

Qəbələ-2 3-7 məğlubiyyətə düşdü

Futbol
Bu gün, 20:23

Tenerifeli hücumçu İesus de Migele ölümündən sonra vəziyyəti ilə bağlı açıqlama verən qapıçı İesus Ovono

Qarabağ FK
Bu gün, 20:01

İsveçin Höteborq şəhərində Zəfər Gününə həsr olunan şahmat turnirinin qalibləri açıqlanıb - FOTO

Digər
Bu gün, 20:00

Nazir: Azərbaycan qlobal idman yarışlarına ev sahibliyi edərək dünya idman mərkəzi kimi tanındı

Digər
Bu gün, 20:00

Fənərbaxçanın əvvəlki prezidenti Səddəddin Sarana bəraət verilib

Futbol
Bu gün, 19:38

"Şamaxı"nın futbolçusu Abdul Raşid Mumini Benin millisinə çağırılıb;

Futbol
Bu gün, 19:34

Kolumbiyalı qapıçı David Ospina 38 yaşında karyerasını başa vurdu

Futbol
Bu gün, 19:30

Manchester United'ın yarımmüdafiəçisi Kobbi Meynu PSJ-nin hədəfində

Digər
Bu gün, 19:20

New York marafonunda gənc qız finişə bir neçə kilometr qalmış öldü

Futbol
Bu gün, 19:10

“Mingəçevir” futbolçusu Həsrət Mürsəlov: “Maaş almırıq, pulsuz oynamaq istəmirik” - İDMAN.BİZ-ə açıqlama

Digər
Bu gün, 19:09

Azərbaycan yığma komandasının baş məşqçisi Orxan Mustafayev: Yanğın və xilasetmə idmanı üzrə dünya çempionatı idmançılarımız üçün böyük təcrübədir;

Futbol
Bu gün, 19:00

İtalyaın "Milan" klubunun gənc hücumçusu Franchesko Kamarda üçün "Montsa" və "Piza" klubboarı təklif göndərib

Minifutbol
Bu gün, 19:00

Lənkəranda Çexiya yığmasını qəbul edən futzal millimizin məşqçisi: "Tribunadan böyük dəstək alacağımızdan ümidlili"

Oxşar xəbərlər