top
Bedri Meriç: Bəzən aqressiv ola bilərik, çünki məşqçi işi belədir Sport24.az
26 aprel 2024, 11:48
- +

Bedri Meriç: "Bəzən aqressiv ola bilərik, çünki məşqçi işi belədir"

"Gəncə" basketbol klubunun baş məşqçisi Bedri Meriç klubun mətbuat xidmətinə müsahibə verib. Sport24.az xəbər verir ki, Meriç bu dəfə basketboldan yox, bu idman növü qədər sevdiyi futboldan danışıb.

 

- Sizi futbola bağlayan nədir?

- Futbol ən sevdiyim idman növlərindən biridir. 12-13 yaşlarımdan yarışlarda oynayırdım. Sonradan potensialımın basketbola daha uyğun gəldiyini görüb məşqçilərin də qərarı ilə idman növünü dəyişdim. Futbol oyunlarını izləməyə, azarkeş olaraq dəstəkləməyə davam edirəm. Hər zaman sevdiyim işdir. Deyərdim ki, futbolu basketbol qədər izləyirəm.

 

- "Kəpəz"in oyunlarında da sizi görürük. Bu, Gəncədə yaşamağınızdan irəli gəlir?

- Gəncə mənim üçün doğmalaşıb. Buranı çox sevirəm. Gəncədəki komandaları dəstəkləyirəm. Azarkeşlik mövzusunda həssas biriyəm. Vaxtında çılğın bir fanat olaraq azarkeşlik etmişəm. Bu, həm də ondan irəli gəlir. "Kəpəz"in futbolçuları bizim komandanın oyunlarına dəstək üçün gəlirlər. Bizim də borcumuz onların matçlarına getməkdir. Qəbələdə və Tovuzda stadiondan "Kəpəz"i izləmişəm. Evdə televizordan da baxıram.

 

- Olavale Onanuqa ilə münasibətlərinizin yaxın olduğunu bilirik. Bu yaxınlıq haradandır?

- Onunla qapı bir qonşuyuq. Hər ikimiz idman sahəsində çalışırıq deyə, eyni sahənin adamlarıyıq. Sözümüz-söhbətimiz tutur. Həm çox yaxşı oğlan, həm də futbolçudur. İşinin peşəkarıdır. Məni stadionda gördükdən sonra o da bizim oyunlara gəlməyə başladı. Davamlı olaraq idmandan danışırıq. Mənim meydançada həyatda göründüyümdən daha fərqli olduğumu bildirir. Bəzən aqressiv ola bilərik, çünki məşqçi işi belədir. Oyunlarda məşqçilər özlərini unudurlar (gülür). İnanıram ki, Onanuqa "Kəpəz"ə daha çox illər layiqli xidmət edəcək.

 

- Bildiyimiz qədəri ilə Türkiyədə "Beşiktaş"a azarkeşlik edirsiz...

- Düz bilirsiz, amma burada, ətrafımda olanların böyük əksəriyyəti "Qalatasaray"a azarkeşlik edir (gülür). Mən 1996-cı ildə "Çarşı" qrupunun üzvü oldum. O vaxtlar bu qrup elə də aktiv deyildi. "Çarşı"nın özəlliyi həyatın bütün sahələrində insanlara dəstək olmasıdır. Sosial qrupdur, məqsədi ehtiyacı olanlara yardım etməkdir. Mən həmişə bu işin içində olmuşam. Bu gün Gəncədə olsam da, dəstək verməkdə davam edirəm. Qrupdan kənarda, uzaqda olmağım fərq etmir, bağlılığımız var. "Xəmsə" və "Kəpəz Ultras" qrupları var, onlar da yəqin ki, sosial həyatda da fəaliyyətdədirlər. Bu, doğru olan bir işdir. ABŞ-də, İngiltərədə bu belədir.

 

- Karyeranıza baxanda, "Kəpəz" adlı komandada oynadığınızı görə bilərik. Bu ad Gəncədə sizə daha da doğmalaşdı?

- Təəssüf ki, ürəyimdəki problemlərə görə peşəkar karyeramı tez başa vurmaq məcburiyyətində qaldım. Son olaraq Antalyada "Kəpəz Bələdiyyəspor"da oynadım. Bu komandanın adının mənim üçün xüsusi yeri var. Düzdür, məhz bu klubda həkim müayinələrindən sonra basketbola davam edə bilməyəcəyim bildirildi. Yaddaqalan o idi ki, bu klubda bir oyunda 13 sayda "üçlük" atmaqla bir rekord qırmışdım. Burada da "Kəpəz" xoş təsadüfdən qarşıma çıxdı. Gəncədə belə adlı komandanın olmasından xəbərim yox idi. Mənim üçün sürpriz oldu.

 

- Biz basketbolda çalışan məşqçiləri heç də həmişə ayrı-ayrı idman növləri üzrə yarışlarda azarkeş kimi görə bilmirik, xüsusən də futbolda. Bu mənada siz fərqlənirsiz.

- Bilirsiz, idman sosial layihədir. Həm də əgər sən bir şəhərdə yaşayırsansa, həmin yerin digər komandalarına da maraq göstərməlisən. Bu işdə həmrəylik olmalıdır. Axı, biz Gəncəni təmsil edirik. İdman növünün fərqi olmamalıdır. İdman bir mədəniyyətdir, ayrı-ayrı idman növlərini təmsil edə, bir-birimizdən xoşumuz gəlməyə bilər. Amma eyni şəhəri bölüşdüyümüzdən dəstək vermək məcburiyyətindəyik. Gəncə adına uğura sevinmək istəyiriksə, bir olmalıyıq.

 

- "Beşiktaş"ın rəngi "ağ-qara"dır. "Sarı-göy"ə könül vermək çətin oldu?

- Bir az çətin oldu (gülərək). Bunu ötən mövsüm "Ankaragücü"nün məşqçisi olaraq yaşadım. "Beşiktaş"lı azarkeşlərdən etirazlar görürdüm. Amma peşəkar həyat başqadır. Mənəvi hislər isə ayrı bir şeydir. Bunları qarışdırmaq olmaz.

 

- 8 aya yaxındır ki, Gəncədəsiz. Sizə qarşı münasibət ürəyinizcədir?

- Müsahibəmin əvvəlində dediyim kimi, buranı çox sevirəm. Yeni gələndə bir az fərqli idi. Uyğunlaşmağa yavaş-yavaş başladım. Klubda birgə çalışdığım insanlar, köməkçi məşqçi Rizvan Səfərov tez bir zamanda bura alışmağım üçün dəstək oldular. Ətrafdakıların diqqətini, hörmətini görürəm. Özümü artıq evdəki kimi hiss edirəm. Bunu səmimi deyirəm. Bu mövsüm Gəncədə istədiyimizi, şəhərin layiq olduğu nəticəni verə bilmədik. Ümid edirəm ki, bunu düzəltməyə şansımız olacaq.

 

- Gəncəli azarkeşlərə sonda sözünüz var?

- Gəncəni təmsil edən komandalar yüksək hədəflər, çempionluq üçün oynamalıdır. Azarkeşlərə yaraşan budur. Onların komandası Avropada çıxış etməlidir. Bizdə bu dəfə alınmadı, amma arzumuzun ürəyimizdə qalmasını da istəmirəm. Hamı həyatda səhv edir. Əsas olan nəticə çıxarmaqdır. Eyni səhvləri təkrarlamayıb, "Gəncə"ni layiq olduğu yerə aparmağı xəyal edirik.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Cüdo
Bu gün, 11:34

Nazim Umbayev Bakıda keçiriləcək cüdo dünya çempionatının hakimi seçildi

Futbol
Bu gün, 11:16

Qadınlar Super Liqası 2026/2027 püşkatması: ilk tur cütlükləri və oyun tarixləri açıqlanıb

Boks
Bu gün, 11:09

Avropa çempionatının 1/4 finalında Azərbaycan üç boksçusunun rəqibləri müəyyənləşdi

Basketbol
Bu gün, 10:44

“Sumqayıt” basketbol komandası iki ABŞlı oyunçunu rəsmi olaraq transfer etdi

Qarabağ FK
Bu gün, 10:26

“Neftçi” 1000-ci oyununu Qəbələyə 3:0 qalib gələrək 550-ci qələbəsi ilə qeyd etdi

Futbol
Bu gün, 03:37

“Bavariya” prezidenti: “Lamin Yamal yaxşıdır, amma Harri Keyn Ballon d'Or-ə layiqdir”

Futbol
Bu gün, 02:40

Barselona 18 yaşlı Alman futbolçu Lennart Karlı izləyir – qiyməti 100 milyon avro

Futbol
Bu gün, 01:32

Zamiq Əliyev “Eqnatiya”nın 2:1 qələbəsində mühüm rol oynadı

Futbol
Dünən, 22:21

“Kəpəz”in baş məşqçisi: “Qalibiyyət üçün son nöqtəni qoymaqda çətinlik var, hələ də işlənməsi lazım olan məqamlar mövcuddur”

Futbol
Dünən, 22:13

Sumqayıt baş məşqçisi Kəpəzlə oyunda tribundan gələn səs-küyü “futbola qarşı hörmətsizlik” adlandırdı

Boks
Dünən, 21:56

Şamaxıda Azərbaycan və Əlcəzair boks komandaları 10 günlük təlim‑məşq toplanışına başladı

Futbol
Dünən, 21:37

Filipe Kandido: Premyer Liqanın inkişafı üçün futbola hörmət vacibdir

Şahmat
Dünən, 21:10

Azərbaycan şahmat komandası Romaniya ilə 2:2 barabərlik, Serbiya üzərində 3:1 qələbə qazandı

Futbol
Dünən, 20:25

Paskal Qross Almaniya millisindən ayrıldı

Futbol
Dünən, 19:21

“Araz‑Naxçıvan” baş məşqçisi Zaur İsmayılov məğlubiyyətin müdafiə səhvləri və penaltilərlə bağlı olduğunu açıqladı

Qarabağ FK
Dünən, 18:45

"Müdafiədəki kobud səhvlər və penaltılar barədə Zaur İsmayılovun açıqlamaları"

Boks
Dünən, 10:32

Boksçumuz Avropa çempionatının 1/8 finalında Ermənistan təmsilçisini məğlub edərək 1/4 finala yüksəldi

Futbol
Dünən, 10:09

Xabi Alonso “Çelsi”də beş oyunlu dövrdə ən az iki qol buraxma rekordunu yenilədi

Futbol
Dünən, 09:30

Argentina millisinin iki oyunçusu yaralanıb

Futbol
Dünən, 00:05

Sabah – İmişli matçının 3:1 qalibiyyəti (video icmalı)

Futbol
19 sentyabr 2026, 23:50

Salahın hət-triki ilə Trabzonspor, Galatasarayı 4-0 məğlub etdi

Futbol
19 sentyabr 2026, 22:03

Gəncədə Kəpəz ilə Sumqayıt matçına 7000 bilet satılıb

Futbol
19 sentyabr 2026, 21:57

Turan Tovuz Zira qarşısında 1-0 qalib gəldi - Video icmal

Basketbol
19 sentyabr 2026, 21:53

“Gəncə” basketbol komandası “Neftçi” qarşısında 87:103 hesabı ilə məğlub oldu

Oxşar xəbərlər