top
Basketbol Federasiyası: Klublarımızın əsas hədəfi təcrübə toplamaqdır Idman.biz
28 iyul 2025, 11:50
- ↺ +

Basketbol Federasiyası: Klublarımızın əsas hədəfi təcrübə toplamaqdır

"Təbii ki, "Abşeron Lions" və "Neftçi"nin Avropa Kuboku səhnəsində mübarizə aparması Azərbaycan basketbolu üçün çox mühüm və sevindirici hadisədir.

İdman.biz xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Basketbol Federasiyasının (ABF) vitse-prezidenti Fərrux Mahmudov deyib.

Onun sözlərinə görə, bu, ölkəmizdə basketbola artan marağın və inkişafın da bariz göstəricisidir: "Abşeron Lions"un təsnifat mərhələsində Kiprin "Anortosis" klubu ilə qarşılaşması təmilçimiz üçün əhəmiyyətli startdır. Yunan basketbol modelini nümunə alan Kipr klubu çətin rəqib olsa da, inanıram ki, düzgün təhlil və oyuna yanaşma ilə bu komandaya qarşı mübarizə aparmaq olar. Əgər növbəti mərhələyə adlaya bilsək, bizi çox güclü komandalar gözləyir. Təkcə İspaniyanın məşhur "Zaraqoza Basket" klubunun adını çəkmək kifayətdir. Digər iki rəqib də öz ölkələrinin aparıcı klublarındandır. Amma biz bu səviyyədə təcrübə qazanmalı və öz oyun fəlsəfəmizi daha da inkişaf etdirməliyik".

Qurum rəsmisi "Neftçi"nin çox rəqabətli qrupa düşdüyünü söyləyib: "Ağ-qaralar" birbaşa müntəzəm mövsümdən mübarizəyə başlayacaq. "Kalev/Kramo", "Bursaspor" və "Trefl Sopot" kimi komandalar avrokuboklarda böyük təcrübəyə malikdirlər. "Neftçi" üçün bu oyunlar həm sınaq, həm də ciddi bir təcrübə meydanıdır. Klubun son mövsüm Azərbaycan Basketbol Liqasında finala yüksəlməsi və həlledici görüşdə güclü "Sabah"a qarşı layiqli oyun ortaya qoyması bizə müəyyən ümidlər verir. Düşünürəm ki, komandanın yeni təyin olunmuş təcrübəli baş məşqçisi və onun doğru transfer siyasəti sayəsində kollektiv qrupdan çıxmaq uğrunda da mübarizə aparacaq. Ümumilikdə, hər iki klub üçün əsas hədəf yalnız nəticə deyil, həm də beynəlxalq arenada təcrübə toplamaq, oyun keyfiyyətini artırmaq və Azərbaycan basketbolunu layiqincə təmsil etməkdir. İnanıram ki, bu turnir klublarımıza, böyük motivasiya və inkişaf üçün vacib təkan olacaq".

Qeyd edək ki, Abşeron təmsilçisi ilk təsnifat mərhələsində Kiprin "Anortosis" klubunu məğlub edəcəyi halda H qrupunda "Casademont" (Saraqosa, İspaniya), "Falko" (Macarıstan) və "Bakken Bears" (Danimarka) komandaları ilə mübarizə aparacaq.

"Neftçi" isə I qrupunda "Kalev/Kramo" (Estoniya), "Bursaspor" (Türkiyə) və "Trefl" (Polşa) təmsilçiləri ilə üz-üzə gələcək.

Avropa Kubokunda təsnifat mərhələsinin oyunları 24 sentyabr və 1 oktyabrda təşkil olunacaq.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Bu gün, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Bu gün, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Bu gün, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Bu gün, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Bu gün, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Bu gün, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Bu gün, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Bu gün, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Bu gün, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Bu gün, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Futbol
Bu gün, 20:53

Real Madridə verilən penalti səhvən qərarlandı

Gimnastika
Bu gün, 20:41

Tofiq Əliyev: Dünya çempionatının təyin mərhələsində liderlik etdik, ardıcıllıqla üçüncü dünya çempionluğu hədəfimizdir

Futbol
Bu gün, 20:29

Qəbələ-2 3-7 məğlubiyyətə düşdü

Futbol
Bu gün, 20:23

Tenerifeli hücumçu İesus de Migele ölümündən sonra vəziyyəti ilə bağlı açıqlama verən qapıçı İesus Ovono

Qarabağ FK
Bu gün, 20:01

İsveçin Höteborq şəhərində Zəfər Gününə həsr olunan şahmat turnirinin qalibləri açıqlanıb - FOTO

Digər
Bu gün, 20:00

Nazir: Azərbaycan qlobal idman yarışlarına ev sahibliyi edərək dünya idman mərkəzi kimi tanındı

Digər
Bu gün, 20:00

Fənərbaxçanın əvvəlki prezidenti Səddəddin Sarana bəraət verilib

Futbol
Bu gün, 19:38

"Şamaxı"nın futbolçusu Abdul Raşid Mumini Benin millisinə çağırılıb;

Futbol
Bu gün, 19:34

Kolumbiyalı qapıçı David Ospina 38 yaşında karyerasını başa vurdu

Futbol
Bu gün, 19:30

Manchester United'ın yarımmüdafiəçisi Kobbi Meynu PSJ-nin hədəfində

Digər
Bu gün, 19:20

New York marafonunda gənc qız finişə bir neçə kilometr qalmış öldü

Futbol
Bu gün, 19:10

“Mingəçevir” futbolçusu Həsrət Mürsəlov: “Maaş almırıq, pulsuz oynamaq istəmirik” - İDMAN.BİZ-ə açıqlama

Digər
Bu gün, 19:09

Azərbaycan yığma komandasının baş məşqçisi Orxan Mustafayev: Yanğın və xilasetmə idmanı üzrə dünya çempionatı idmançılarımız üçün böyük təcrübədir;

Oxşar xəbərlər