top
Azərbaycanlı hakimlər beynəlxalq basketbol lisenziyası almağa namizəddir Report.az
04 iyun 2025, 12:00
- ↺ +

Azərbaycanlı hakimlər beynəlxalq basketbol lisenziyası almağa namizəddir

Azərbaycan Basketbol Federasiyasının bir hakimi və nümayəndəsi sentyabrda beynəlxalq lisenziya almağa namizəddir.

Bunu "Report"a Azərbaycanın beynəlxalq dərəcəli hakimi Ələkbər Həsənov deyib.

Mütəxəssis hazırda 4 hakimin lisenziyaya malik olduğunu bildirib:

"Bu ilin sentyabrında Toğrul Həsənov yeni FIBA hakimi olmağa namizəddir. Ancaq hələ qurum tərəfindən son qərar verilməyib. İyunun 15-nə qədər Azərbaycandan neçə hakimin 2025-2027-ci illəri əhatə edəcək beynəlxalq dərəcə alacağı barədə bizə siyahı veriləcək. Hazırda lisenziyası mövcud olan hakimlər mənimlə yanaşı, Ruslan Xalıqov, Urfan Bayramlı və Anastasiya Slojenitsinadır. Sentyabr ayından isə Toğrul Həsənov və hakim-inspektor Asif Baxışovun da lisenziya alacağı gözlənilir".

O, Yunanıstanın Saloniki şəhərində Beynəlxalq Basketbol Federasiyası (FIBA) tərəfindən təşkil olunan İllik Milli İnstruktur Klinikasında (ANIC 2025) iştirakı ilə bağlı təəssüratlarını da bölüşüb:

"Seminar çox yaxşı keçdi. Avropanın 52 ölkəsindən təlimatçılar dəvət olunmuşdu. Bu, FIBA tərəfindən keçirilən illik seminar idi. Bizə oyunlardakı sitausiyalar, müxtəlif mövzular və yeniliklər barədə məlumat verildi. Həmçinin ölkələr daxilində hakimlərin işlərinin planlaşdırılması, onlarla birlikdə seminarların necə təşkil edilməsi barədə fikirlər bildirildi. Hakimləri necə öyrətmək lazım olduğunu, məlumatları onlara effektiv şəkildə çatdırmağın formalarını başa saldılar".

Ə.Həsənov digər yeniliklər barədə məlumat verib:

"Yeniliklər ondan ibarətdir ki, hər il tərəfimizdən illik hesabat hazırlanıb FIBA-ya göndəriləcək. Hesabatda hakimlərlə bağlı hansı işlərin görüldüyü və seminarların keçirildiyi barədə məlumatlar yer alacaq. Bununla yanaşı, bizdən gənc hakimlər, yeni başlayanlar və karyerasını bitirənlərin sayı ilə bağlı illik statistika istəniləcək. Oyun situasiyaları ilə əlaqədar detalları da bizə göstərdilər".

Qeyd edək ki, FIBA-nın təşkil etdiyi bu klinika beynəlxalq basketbol qaydalarının vahid şəkildə tətbiqinə, hakimlərin peşəkar hazırlığının artırılmasına və ölkələr arasında təcrübə mübadiləsinin gücləndirilməsinə xidmət edir.

Sözügedən hakimlərdən Ə.Həsənov, R.Xalıqov, U.Bayramlı və A.Slojenitsina Avropa çempionatı matçlarına təyinat alıblar.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Bu gün, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Bu gün, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Bu gün, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Bu gün, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Bu gün, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Bu gün, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Bu gün, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Bu gün, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Bu gün, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Bu gün, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Bu gün, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Bu gün, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Bu gün, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Futbol
Bu gün, 20:53

Real Madridə verilən penalti səhvən qərarlandı

Gimnastika
Bu gün, 20:41

Tofiq Əliyev: Dünya çempionatının təyin mərhələsində liderlik etdik, ardıcıllıqla üçüncü dünya çempionluğu hədəfimizdir

Futbol
Bu gün, 20:29

Qəbələ-2 3-7 məğlubiyyətə düşdü

Futbol
Bu gün, 20:23

Tenerifeli hücumçu İesus de Migele ölümündən sonra vəziyyəti ilə bağlı açıqlama verən qapıçı İesus Ovono

Qarabağ FK
Bu gün, 20:01

İsveçin Höteborq şəhərində Zəfər Gününə həsr olunan şahmat turnirinin qalibləri açıqlanıb - FOTO

Digər
Bu gün, 20:00

Nazir: Azərbaycan qlobal idman yarışlarına ev sahibliyi edərək dünya idman mərkəzi kimi tanındı

Digər
Bu gün, 20:00

Fənərbaxçanın əvvəlki prezidenti Səddəddin Sarana bəraət verilib

Futbol
Bu gün, 19:38

"Şamaxı"nın futbolçusu Abdul Raşid Mumini Benin millisinə çağırılıb;

Futbol
Bu gün, 19:34

Kolumbiyalı qapıçı David Ospina 38 yaşında karyerasını başa vurdu

Futbol
Bu gün, 19:30

Manchester United'ın yarımmüdafiəçisi Kobbi Meynu PSJ-nin hədəfində

Oxşar xəbərlər