16 yaşadək qız basketbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi dəyişib.
"Report"un əldə etdiyi məlumata görə, türkiyəli Ferhat Akcan yığmaya təyinat alıb.
O, bu postda Evren Alkayanı əvəzləyib.
E.Alkaya U-18 millisinin baş məşqçi postunda qalıb.
Qeyd edək ki, Ferhat Akcan daha əvvəl Türkiyə II Liqasında çıxış edən "OGM Ormanspor"da köməkçi məşqçi vəzifəsində çalışıb.