Bu gün Azərbaycan Basketbol Liqasında onuncu tura start veriləcək.
İdman.Biz xəbər verir ki, ilk oyun günündə bir matç keçiriləcək.
B qrupunda "Sərhədçi" "Sumqayıt"la qarşılaşacaq. Görüş "Sərhədçi" İdman Mərkəzində, saat 20:00-da start götürəcək.
"Sumqayıt" qrupda beşinci, "Sərhədçi" isə sonuncu - altıncı pillədə qərarlaşıb. Hər iki komandanın 11 xalı var.