Azərbaycan Basketbol Liqasında doqquzuncu tura start verilib.
İdman.Biz xəbər verir ki, ilk oyun günündə "Lənkəran" "Quba" ilə qarşılaşıb.
B qrupunun matçında qubalılar 95:87 hesablı qələbə qazanıblar.
Qeyd edək ki, doqquzuncu tura dekabrın 14-də yekun vurulacaq.
10:27
Bu gün Azərbaycan Basketbol Liqasında doqquzuncu tura start veriləcək.
İdman.Biz xəbər verir ki, ilk oyun günündə B qrupunda iki oyun keçiriləcək.
"Lənkəran" evdə "Quba"nı qəbul edəcək. Qarşılaşma saat 15:00-da start götürəcək.
Saat 20:00-da isə "Naxçıvan" və "Sərhədçi" komandaları münasibətlərə aydınlıq gətirəcəklər.
Turnir cədvəlində "Naxçıvan" B qrupunda 14 xalla ikinci pillədə qərarlaşıb. "Lənkəran" 11 xalla üçüncü, eyni xala malik "Quba" dördüncü, "Sərhədçi" 10 xalla beşincidir.
Qeyd edək ki, doqquzuncu tura dekabrın 14-də yekun vurulacaq.