top
Azərbaycan 107-ci, rəqibi 44-cüdür: Bugünkü oyun təcrübə baxımından əhəmiyyətlidir İdman.biz
07 noyabr 2024, 21:05
- ↺ +

Azərbaycan 107-ci, rəqibi 44-cüdür: Bugünkü oyun təcrübə baxımından əhəmiyyətlidir

İndi azərbaycanlı idmansevərlərin diqqəti, əsasən, Norveçdə vacib oyuna çıxacaq "Qarabağ"a yönəlsə də, Azərbaycan millisi də bu gecə növbəti matçını keçirəcək. Söhbət qadınlardan ibarət basketbol komandasından gedir.

Düzdür, Polşada yerli milli ilə qarşılaşma basketbolçularımız üçün nəticə baxımından deyil, təcrübə baxımından əhəmiyyət kəsb edir. Bu, həmin Polşadır ki, qrupun ilk turunda səfərdə sensasiyalı şəkildə favorit Belçikaya qalib gəlib (67-62).

Əlbəttə, EuroBasket Women 2025 turnirinə ötən il iki məğlubiyyətlə başlayan qızlarımızdan final turnirinə vəsiqə gözləməyə dəyməz. Həmçinin noyabrın 10-da Litva (o da Polşada olacaq), gələn ilin fevralında isə Belçika və yenə Polşa ilə oyunlardan yalnız gələcək yarışlar üçün təcrübə qazanmaq olar.

Hazırda FIBA qadınların reytinqində Azərbaycan 107-ci mövqedə (kişilər 104-də) qərarlaşsa da, rəqiblərimiz ilk 50-likdə yer alırlar.
Ümumiyyətlə, reytinqin lideri ABŞ komandasıdır, kişilərin reytinqində olduğu kimi.

Avropa təmsilçilərindən Fransa 3-cü, İspaniya 5-ci, rəqiblərimizdən Belçika isə 6-cıdır. Qrupumuzun lideri Litva 45-ci, bugünkü rəqib Polşa da 44-cüdür. Müqayisə üçün deyək ki, Türkiyə 17-ci yerdədir.

Ümumilikdə siyahıda 116 komanda var ki, onlardan da sonuncusu Gürcüstandır. Halbuki kişi basketbolunda qonşularımız 24-cü yerdədirlər.

Tarix deyir ki, qadın basketbolçularımız ilk dəfə 1997-ci ildə Avropa çempionatının seçmə mərhələsində çıxış ediblər. Onda da yeddi oyundan 7 məğlubiyyətlə qrupda sonuncu – 8-ci yeri tutublar. Təsadüfə bax ki, o vaxt qrupun lideri məhz Polşa millisi olub.
Komandamız dörd dəfə də kiçik ölkələr üçün Avropa çempionatında çıxış edib və ən yaxşı halda 6-cı yeri tutub, özü də yeddi iştirakçı arasında.

Polşa ilə bugünkü oyuna çıxacaq heyətə gəlincə, əlbəttə ki, istərdik yerli idmançılarımızın sayı daha çox olsun, amma hələ ki, komandamız daha çox əcnəbi soyadı daşıyan basketbolçuların ümidinə qalıb.

Baş məşqçi Evren Alkayannın seçdiyi on iki nəfərlik heyətlə tanış olaq: 7. Tatyana Deniskina; 8. Dina Ulyanova; 9. Angelina İsmayılova; 10. Ela Nur Gökçöl; 11. Səlminaz Ramazanlı; 12. Silan Akbingöl; 21. Sitarə Abbasova; 22. Zarina Musayeva; 23. Arica Carter; 24. Alexandra Mollenhauer; 32. Evelina Yaşayeva; 77. Deniz Gökçöl.

Rasim
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 02:51

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Dünən, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Dünən, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Oxşar xəbərlər