top
Avropada məğlubedilməz - TƏHLİL İdman.biz
10 iyul 2024, 15:28
- ↺ +

Avropada məğlubedilməz - TƏHLİL

16 yaşadək basketbolçu qızlardan ibarət Azərbaycan millisi məğlubiyyətsizlik seriyasını davam etdirir.

İdman.biz xəbər verir ki, yığmamız Avropa çempionatlarının C divizionunda heç vaxt uduzmayıb.

Bu yarışın əsası 2000-ci ildə qoyulub. Millimizin U-16-ların C divizionunda debütü isə ötən yay gerçəkləşib.

Andorrada 5 oyunun hamısında qalib gələn Azərbaycan basketbolçuları C divizionunda Avropanın ən yaxşısı olub. Debütdə qazanılan çempion titulunu qorumaq üçün Cəbəllütariqə yollanan yığmamız burada da qələbələri sıralayır.

Millimiz uğurlu seriyasını 7 oyuna çatdırıb. Keçirdiyi bütün matçlarda qalib gələn məğlubedilməzlər bugünkü qalibiyyəti ilə 2 rekord vurub.

Bu gün Gürcüstanı 97:40 hesabı ilə məğlub edən millimiz ilk dəfə belə böyük fərqə nail olub. Komandamızın yığdığı 97 xal da ən yüksək göstəricidir.

Çempion olduğu vaxt müqavimətlə üzləşən basketbolçularımız bu dəfə rəqiblərini asanlıqla məğlub edir. Ermənistanla qarşılaşmada 86 xal yığan və 27 xal fərqi ilə qalib gəlməklə tarixinin rekordlarına imza atan millimiz bir gün sonra hər iki nəticəsini təkrarlayıb. 57 xallıq fərqə sevinən yığma 97 xal əldə edib. Türkiyəli mütəxəssis Evren Alkayanın yetirmələrini 100 xaldan bir üçxallıq atış ayırıb.

AVRO-2023
Qrup mərhələsi

Andorra – 64:50
Moldova – 78:55
Albaniya – 69:64
Yarımfinal
Gürcüstan – 74:72
Final
Andorra – 57:45
AVRO-2024
Qrup mərhələsi

Ermənistan – 86:59
Gürcüstan – 97:40

Vüqar Xeyrullayev
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 05:11

Erlinq Holand UEFA Çempionlar Liqasında 62-ci qolunu vurdu, Raulun rekorduna yaxınlaşır

Futbol
Bu gün, 04:12

"Komo" Çempionlar Liqasının səfər oyununda 55 illik rekordunu təkrarladı

Futbol
Bu gün, 02:51

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Oxşar xəbərlər