top
Anar Sarıyev: Azərbaycanlı basketbolçular basketbol düşüncəsini inkişaf etdirməlidirlər Idman.biz
07 yanvar 2026, 16:28
- +

Anar Sarıyev: Azərbaycanlı basketbolçular basketbol düşüncəsini inkişaf etdirməlidirlər

Azərbaycan Basketbol Liqasının (ABL) müntəzəm mövsümündə B qrupunun favoritlərindən biri olan "Sərhədçi" komandası turnirin birinci hissəsini "Quba" üzərində 97:78 hesablı qələbə ilə başa vurub və qrupda üçüncü yeri tutub. Klub bir müddət əvvəl heyətini Özbəkistandan olan basketbolçu Anvar Asanovla gücləndirdiyini açıqlayıb. Artıq bu şənbə "Sərhədçi" yeni ildə ilk oyununu "Lənkəran" komandası ilə keçirəcək.

İdman.Biz-ə müsahibəsində "Sərhədçi"nin baş məşqçisi və Azərbaycan millisinin məşqçisi Anar Sarıyev mövsümün aralıq yekunlarını dəyərləndirib, komandanın ölkə kubokunda iştirakı ilə bağlı gözləntilərini bölüşüb, həmçinin azərbaycanlı basketbolçuların inkişafı barədə fikirlərini səsləndirib.

- "Sərhədçi" üçün mövsümün birinci yarısını necə qiymətləndirirsiniz?

- Mövsümün başlanğıcı bizim üçün istədiyimiz kimi alınmadı. Lakin sona yaxın, çoxlu matçlar uduzmağımıza baxmayaraq, komanda daha keyfiyyətli oyun göstərməyə başladı. Hazırda ən vacib məsələ - əvvəlcədən hansı gözləntilərin olmasından və nəticənin necə formalaşmasından asılı olmayaraq, işi davam etdirməkdir.

- Sizcə, komandanın pley-offa yüksəlmək şansı varmı?

- Bizim vəzifəmiz işləmək və mümkün olan maksimum nəticəyə nail olmaqdır. Hesab edirəm ki, oyunlara daha yaxşı başlamalıyıq - bu, çox vacibdir. Bizə qələbələr lazımdır, çünki məhz onlar komandanın pley-offa düşüb-düşməyəcəyini müəyyənləşdirir.

- Bu yaxınlarda "Sərhədçi" Anvar Asanovla gücləndi. Bu oyunçu sizi nə ilə cəlb etdi?

- O, Azərbaycanda ali təhsil alır. Keçən il "Sərhədçi"də çıxış edib və komanda ilə oynamağı davam etdirmək təşəbbüsü göstərdi. Mən buna qarşı olmadım – onu məşqlərə dəvət etdik, baxdıq və kluba cəlb etdik. Əminəm ki, bizə kömək edə biləcək.

- Gələn həftə basketbol üzrə Azərbaycan Kubokuna start veriləcək. Qarşınıza hansı məqsədləri qoyursunuz?

- 1/8 final mərhələsində "Şəki" komandası ilə qarşılaşacağıq. Bu mərhələdə əsas məqsədimiz həmin oyunu yaxşı keçirmək və qələbə qazanmaqdır.

Kubokda 3–2 prinsipi tətbiq olunur (komandanın meydançadakı heyətində eyni anda maksimum üç legioner ola bilər – red.), və bu baxımdan azərbaycanlı oyunçuların keyfiyyətli oyun göstərməsi çox vacibdir. "Sərhədçi"də çoxlu gənc basketbolçu var. Nəcə ki, Kubokda ən güclü heyətlə çıxış etməyəcəyik, çünki Nicat Nəsirov və Ramazan Qarayevin xidmətlərindən yararlana bilməyəcəyik, buna baxmayaraq komandama inanıram. Oyunçularıma etibar edirəm.

- Sizcə, Kubokun favoriti kimdir?

- Favoritlər heyətində güclü milli üzvləri olan klublardır. Onların arasında, təbii ki, "Sabah" və "Neftçi"ni qeyd edərdim.

- Siz eyni zamanda milli komandanın məşqçisisiniz. Avrobasket-2027-nin seçmə mərhələsində yığmanın perspektivlərini necə qiymətləndirirsiniz?

- Açığı, birinci mərhələ istədiyimiz kimi alınmadı. Şimali Makedoniya ilə oyunun çox çətin olacağını bilirdik. Bakıda Lüksemburqa qalib gəlmək istəyirdik və 20 xal geridə olmağımıza baxmayaraq, son dəqiqəyə qədər mübarizə apardıq və qələbəyə çox yaxın olduq.

Bununla belə, inanırıq ki, ikinci mərhələ bizim üçün daha uğurlu keçəcək. Heç olmasa, kubok oyunlarında milli komandanın oyunçuları daha çox oyun vaxtı alacaq və təcrübə toplayacaqlar.

- ABL-də dörd legioner – bir yerli formatının milli komanda üzvlərinin səviyyəsinə təsir etdiyini düşünürsünüzmü?

- Mən əvvəlki illərdə də demişəm ki, 3–2 formatı yerli basketbolçuların inkişafı üçün daha faydalı olardı. Lakin hazırda basketbolçularımız artıq təcrübə və peşəkarlıq qazanıblar və 4–1 formatı, mənim fikrimcə, özünü doğruldur. Milli komandanın üzvləri öz oyunları ilə meydançada daha çox vaxt almağa layiq olduqlarını göstərməlidirlər.

Eyni zamanda hesab edirəm ki, ikinci liqa mütləq lazımdır. Bəzi gənc basketbolçular kifayət qədər oyun vaxtı almır və oyun praktikası çatışmazlığı yaşayırlar. Buna görə də gələcəkdə ikinci liqanın yaradılması ilə bağlı qərar çox düzgün addımdır.

- Azərbaycanlı basketbolçuların fiziki durumunu necə qiymətləndirirsiniz?

- Mən yalnız fiziki göstəricilərdən danışmazdım. Mənim üçün daha vacibi basketbol düşüncəsini, oyunu anlamağı görməkdir. Fiziki hazırlıq, şübhəsiz ki, vacibdir, amma mən daha çox maraqlı basketbolçuların ortaya çıxmasını istəyirəm.

- Gənc basketbolçulardan kimləri fərqləndirə bilərsiniz?

- Kimisə ayrıca qeyd etmək istəməzdim. Hamı çalışır, işləyir. Biz tez-tez gənclər komandalarının məşqçiləri ilə ünsiyyətdə oluruq, onlardan oyunçular barədə məlumat alırıq. Elə basketbolçular var ki, məşqlərə hamıdan tez gəlir, hamıdan gec gedirlər - bu artıq onların oynamaq istəklərinin və daha çox dəqiqə qazanmaq arzularının göstəricisidir. Bu, çox müsbət və ümidverici məqamdır.

- Sonda deyin, Avropa basketbolunu izləyirsinizmi? Hansı klublara üstünlük verirsiniz?

- Bəli. Avroliqadakı oyunların səviyyəsi çox xoşuma gəlir – demək olar ki, hər matç maraqlıdır. Xüsusilə izləməyi sevdiyim 3–4 komanda var. İlk növbədə Ergin Atamanın komandası olan "Panatinaikos"u qeyd edərdim. Bu mövsüm "Valensiya" da xoşuma gəlir, illərdir onu izləyirəm. Həmçinin "Jalgiris"i fərqləndirə bilərəm və, əlbəttə ki, "Olimpiakos"u unutmaq olmaz. Obradoviç dönəmində "Partizan"ı çox sevirdim, amma indi komanda eniş dövrünü yaşayır. "Real Madrid" isə hələ də özünəməxsus üslubu olan klublardan biridir – heyətdə gənclərdən geri qalmayan təcrübəli oyunçular var.

Hazırda "Fənərbağça" qrupda birinci yerdə gedir və bunu görmək xoşdur. Mənim dövrümdə liderlər, bir qayda olaraq, eyni klublar olurdu – MOİK, "Barselona", "Real", "Partizan". Basketbol xeyli dəyişib, komandalar artıq fərqli oynayır, üslub daha rəngarəng olub.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 05:44

Enzo Fernandes: Messi tarixdəki ən böyük futbolçudur

Futbol
Bu gün, 01:36

Lionel Messi Argentina milli komandası üçün dostluq matçlarına dəvət edildi

Futbol
Bu gün, 00:27

Barcelona, Rafinha ilə yeni müqavilə danışıqlarına start verdi

Futbol
Dünən, 23:54

U-20 milli komandamız oktyabrın 3‑ü Moldovayla, 6‑sı Yaponiyaya qarşı yoldaşlıq matçları keçirəcək

Futbol
Dünən, 23:50

Xames Rodriges milli komandada futbol karyerasını başa vurdu

Futbol
Dünən, 22:35

AFFA-nın Media və İctimaiyyətlə Əlaqələr şöbəsinə yeni mətbuat katibi və digər əməkdaşlar təyin olundu

Futbol
Dünən, 21:31

Mikloško, Çex və Çexoslovakiya millisinin keçmiş qapıçısı, 64 yaşında vəfat edib

Futbol
Dünən, 21:13

Harri Keyn 2026-cı ilin “Qızıl top” mükafatı üçün kampaniya aparmayacaq

Futbol
Dünən, 20:58

David Domgjoni-nun Kəpəzdəki debutu: Hər şey yaxşı alındı

Qarabağ FK
Dünən, 20:28

“Qarabağ”ın mərkəz müdafiəçisi Bense Varkonyi ilk dəfə Macarıstan milliyə dəvət olundu

Futbol
Dünən, 19:29

Elvin Camalov Neftçiyə veda etdi, karyerasını Qəbələdə davam etdirəcək

Qarabağ FK
Dünən, 18:50

Azərbaycan – Tacikistan dostluq matçının hakim heyəti kimlərdən ibarətdir?

Basketbol
Dünən, 16:23

Naxçıvan basketbol klubu Said İsmayılovu 1 illik müqavilə ilə transfer etdi

Futbol
Dünən, 15:40

Karvan‑Yevlax, “Zirə”nin hücumçusunu icarəyə götürdü

Futbol
Dünən, 12:55

“Kəpəz” komandası “Qəbələ” matçında pirotexnika istifadəsi üçün 5 000 manat cərimə aldı

Qarabağ FK
Dünən, 10:50

"Neftçi" Premyer Liqanın ilk 5 oyununda 17 qol ilə XXI əsrin rekordunu qırdı

Futbol
Dünən, 05:44

Premyer Liqa nəhəngləri Fulham‑un 19‑yaşlı ulduzu Coş King ilə maraqlanır

Gimnastika
Dünən, 02:14

Mədinə Mustafayeva və Vladimir Dolmatov dünya gimnastika çempionatında gümüş medal qazandılar

Futbol
Dünən, 00:36

"Traktor" Asiya Çempionlar Liqasının Elit mərhələsində 0:1 məğlubiyyətlə başladı

Basketbol
14 sentyabr 2026, 23:54

Erhan Toker: “Matçdan razı qaldıq, amma nəticədən narazıyıq”

Futbol
14 sentyabr 2026, 23:37

Zaur Haşımov: “Sabah”a 0:3 məğlubiyyətdə də layiqincə mübarizə apardıq

Futbol
14 sentyabr 2026, 23:06

Valdas Dambrauskas: Çempionlar Liqasından sonra komandamızın tam köklənməsi çətindir

Güləş
14 sentyabr 2026, 22:30

Optimist və ILCA4 siniflərində Yelkən İdmanı Açıq Azərbaycan Çempionatı sona çatdı

Futbol
14 sentyabr 2026, 22:05

Azərbaycan U19 qadın milli komandası Moldova ilə 2-2 bərabərlikdə nəticələndi

Oxşar xəbərlər