top
Amil Həmzəyev: “Məqsədimizə addım-addım irəliləyirik” İdman.biz
10 iyun 2024, 22:28
- ↺ +

Amil Həmzəyev: “Məqsədimizə addım-addım irəliləyirik”

"Bizim üçün uğurlu keçdi".

İdman.biz xəbər verir ki, bunu basketbolun 3x3 növü üzrə kişilərdən ibarət Azərbaycan millisinin üzvü Amil Həmzəyev Heydər Əliyev adına Beynəlxalq Aeroportunda keçirilən qarşılama mərasimində deyib.

O, Kosovonun paytaxtı Priştinada keçirilən təsnifat mərhələsində Avropa kubokunun finalına vəsiqə qazanmalarını şərh edib.
Həmzəyevin sözlərinə görə, yarışa hazırlaşıblar: "Heyətimiz güclü idi. Düzdür, əsas basketboldan sonra bu növə adaptasiya üçün vaxtımız az idi. Lakin qısa müddətdə oyunlara yaxşı şəkildə motivasiya olduq, keçirdiyimiz yoldaşlıq oyunlarının bizə faydası dəydi. Bütün bunların nəticəsində də qalibiyyət əldə edə bildik".

Həmzyev təsnifat mərhələsində Ermənistan komandası ilə keçirdikləri matç barəsində də danışıb: "Biz bilirdik ki, Ermənistan favorit komanda deyil. Birinci dəfədir basketbolun 3x3 növündə şanslarını sınayırdılar. Heyətində gənc oyunçular var idi. Psixoloji cəhətdən bu oyuna tam hazır idik. Hətta heyətimizdə amerikalı oyunçumuz belə dövlətlər arasında olan durumdan xəbərdar idi. O belə məsuliyyəti dərk edib oyuna yanaşırdı. Xal fərqini başdan aça bildik buna görə də rahat oyun oldu".

Təcrübəli basketbolçu Avstriyada keçiriləcək Avropa kubokunun final görüşü barədə də danışıb: "Biz sonuncu dəfə 2014-2022-ci illərdə Avropa kubokunun təsnifat mərhələsində qatılmışdıq. Həmin illərdə qrup mərhələsini keçə bilməmişdik. İndi əsas məqsədimiz addım-addım irəlilədiyimiz kimi qələbə qazanaraq, bütün basketbol sevərləri sevindirməkdir".

Qeyd edək ki, Avropa kubokunun final mərhələsi avqustun 22-25-də keçiriləcək.

Banuçiçək Hüseynli
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər