top
Alberto Blanko: Neftçi yarımfinala yüksəlmək üçün favoridir Idman.biz
17 aprel 2025, 22:13
- ↺ +

Alberto Blanko: "Neftçi" yarımfinala yüksəlmək üçün favoridir"

"Ordu" basketbol komandasının baş məşqçisi Alberto Blanko Azərbaycan Basketbol Liqasının pley-offunda "Neftçi" ilə keçiriləcək matçdan əvvəl mətbuat xidmətinə müsahibə verib.

- Komandada 1/4 final oyunu öncəsi vəziyyət necədir?

- Komanda "Neftçi" ilə qarşılaşmanı səbirsizliklə gözləyir. Ən yaxşı şəkildə mübarizə aparmağa və oynamaya hazırıq. Oyunçular diqqətlidir və mümkün qədər mübarizə aparmağa hazırdırlar.

- Bu seriyada "Neftçi"ni məğlub etmək imkanları haqqında nə düşünürsünüz?

- Təbii ki, "Neftçi" yarımfinala yüksəlmək üçün favoritdir. Onlar üçün bu seriyanı qazanmaq məcburidir. Bizim isə onları mübarizədən kənarlaşdırmaq üçün az da olsa şansımız var. "Neftçi" güclü rəqibdir və liqanın ilk üç komandası arasındadır. Bizim üzərimizdə heç bir təzyiq yoxdur. "Quba"ya qarşı oynayanda da belə idi, qalib gəlməli idik və qazandıq. İndi də "Neftçi"yə qarşı eyni düşüncəylə çıxırıq.

- Komandamız bu oyuna necə hazırlaşıb?

- Mən zədəli oyunçular və ya hakim səhvləri ilə bağlı bəhanələr gətirən məşqçi deyiləm. Əlimdə olan oyunçularla oynayıram. Amma aydındır ki, Quba ilə ilk oyunda ən yaxşı bombardirimizi itirdik və bu seriyada o, bizə kömək edə bilməyəcək. Transfer bazarının bağlanmasından əvvəl komandamıza gətirdiyimiz yeganə oyunçu isə cəmi 15 gün sonra klubdan ayrıldı və biz onu əvəz edə bilmədik. Bu da bizi çətin vəziyyətdə qoydu.

- "Neftçi" haqqında fikirləriniz nədir?

- Dediyim kimi, onlar liqanın ən güclü 3 komandası arasındadır. Mövsüm ərzində 3 dəfə baş məşqçi dəyişdirdilər. 12 amerikalı oyunçu ilə müqavilə imzaladılar və Azərbaycan milli komandasının kapitanı və oyun qurucusu da onlardadır. Bu komandada nəticə qazanmaq üçün məşqçinin istəyəcəyi hər şey var. Onların oyun tərzini bəyənirəm.

- Sabahkı oyundan nə gözləyirsiniz?

- Ümid edirəm ki, rəqabət apara və yaxşı basketbol oynaya biləcəyik. Son beş dəqiqəyə qədər oyunda qalmağı bacarsaq, şanslarımız artır. Təzyiqsiz oynamaq bu vəziyyətdə bizə kömək edə bilər. Oyunçularıma dediyim tək şey budur: bütün gücünüzü ortaya qoyun ki, ilk oyunun sonuna qədər qalibiyyət şansımız olsun.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:45

Rafinya UEFA Çempionlar Liqasında 23 qolla Neymar və Rivaldonu geridə qoyub;

Futbol
Bu gün, 12:39

Azərbaycan Premyer Liqasının XI turu “Zəfər turu” elan edildi

Futbol
Bu gün, 12:39

Fənərbağçanın yeni məşqçisi Emre Belözoğlu Liverpul matçı üçün iştirak qərarını verəcək

Voleybol
Bu gün, 12:28

CEV Çempionlar Liqasında "Maritza Plovdiv"-ı 3:0 hesabı ilə məğlub edən "Turan"ın voleybolçusu qələbəni qiymətləndirdi

Futbol
Bu gün, 12:23

Qalatasarayın 21 yaşlı yarımmüdafiəçisi Aleksey Batrakov Çempionlar Liqasında 4 oyunda 4 qolla Messi və Ronaldodan daha sürətli starta imza atdı

Futbol
Bu gün, 12:20

Tvente 9:0 hesabı ilə Ekselsioru məğlub edərək tarixçə böyük qələbə qazanıb

Futbol
Bu gün, 12:13

Kriştiano Ronaldu Erik ten Hag‑ın sərt tənqidlərinə cavabını verdi

Boks
Bu gün, 12:00

Gülər Hüseynova Azərbaycanın Dakar-2026 YOX boks təmsilçisi oldu

Futbol
Bu gün, 12:00

"Sabah" klubu Norveçdəki fanlarına 300 şərf təqdim edərək xüsusi jest etdi

Futbol
Bu gün, 11:42

Mingəçevir və Şahdağ Qusar 7-ci turda Azərbaycan Birinci Liqasında qarşılaşacaq

Qarabağ FK
Bu gün, 11:38

Vikinq – Sabah: Azərbaycan və Norveç klublarının Avrokubokdakı 9-cu qarşılaşması

Basketbol
Bu gün, 11:20

"Gəncə" bu gün FIBA Avropa Kubokunda "Universitatya Krayova" ilə qarşılaşacaq

Futbol
Bu gün, 11:20

Mançester Yunayted azarkeşləri Roma oyununda etiraz aksiyası keçirdi

Digər
Bu gün, 11:14

Fərid Qayıbov: “İdmanda davamlı uğurları və infrastrukturu gücləndirməyi məqsəd qoyuruq”

Voleybol
Bu gün, 11:05

AZERRAIL və Ordu komandaları arasında kişi voleybolu Super Liqası üçüncü turu dueli

Qarabağ FK
Bu gün, 11:00

«Qarabağ»ın səviyyəli oyunçusu Aleksey Kaşuk ukrayna millisinə ilk dəfə dəvət olunub

Voleybol
Bu gün, 10:59

CEV Turan'ı Azərbaycanın ən uğurlu voleybol klubları ilə müqayisə etdi

Qarabağ FK
Bu gün, 10:44

Qarabağ hücumçusu Kaşuk ilk dəfə Ukrayna milli komandasına çağırıldı

Futbol
Bu gün, 10:28

Əşrəf Hakimi: Messi gəlməsi oyun stilimi dəyişdi, zövq ala bilmədim

Minifutbol
Bu gün, 10:07

İtalyan hakimlər komandası Azərbaycan‑Çexiya futsal matçını idarə edəcək

Futbol
Bu gün, 10:02

Maykl Karrik, Şi Leysin çıxışını tərifləyir: “Meydanda hamını ruhlandırdı”

Voleybol
Bu gün, 10:00

Turan Tovuzun Voleybol Qələbəsi Avropada, Futbol Takımının Gözləmələri

Futbol
Bu gün, 09:58

UEFA Avropa Liqası: Renn evində Olimpiakosla qarşılaşacaq

Futbol
Bu gün, 09:49

Luis Enrike PSJ-də 127 qələbə ilə ən çox qələbə qazanan məşqçi oldu

Oxşar xəbərlər