top
ABF rəhbəri Azərbaycan basketbol klublarının Avropa Kubokundakı şanslarını qiymətləndirdi Idman.biz
Bu gün, 15:14
- ↺ +

ABF rəhbəri Azərbaycan basketbol klublarının Avropa Kubokundakı şanslarını qiymətləndirdi

"Həm Azərbaycan çempionatında, həm də avrokuboklarda komandalarımızın çıxışını müsbət qiymətləndirirəm. Hələlik qrup mərhələsində cəmi dörd tur geridə qalıb. Buna görə də növbəti mərhələyə yüksəlmək şansları barədə daha dəqiq danışmaq üçün qarşıdakı oyunları gözləməliyik. İnanıram ki, bütün təmsilçilərimizin şansı davam edir".

Bu fikirləri Azərbaycan Basketbol Federasiyasının (ABF) idman direktoru Turqay Zeytingöz avrokuboklarda mübarizə aparan təmsilçilərimiz barədə danışarkən deyib.

O, "Sabah"ın Çempionlar Liqasının ən çətin qruplarından birində mübarizə apardığını söyləyib.

"Komanda səfərdə Litvanın "Ritas" və Türkiyənin "Trabzonspor" klubları ilə oyunlarda məğlub olsa da, hər iki qarşılaşmada yaxşı mübarizə nümayiş etdirdi. Təəssüf ki, son dəqiqələrdə qələbə qazanmaq mümkün olmadı. Daha sonra evdə Fransanın "Nanter" kollektivi üzərində vacib qələbə əldə edərək qrupdakı şanslarını qorudu. İndi "Sabah"ı "Trabzonspor"la çox vacib oyun gözləyir. Bu qarşılaşmada qalib gəlsələr, növbəti mərhələyə yüksəlmək üçün böyük şans əldə edəcəklər. Qrupda komandalar arasında ciddi fərq yoxdur və hər kəs bir-birinə qalib gələ bilər. Düşünürəm ki, "Sabah" son tura qədər qrupdan çıxmaq uğrunda mübarizəni davam etdirəcək", - deyə o AZƏRTAC-a açıqlamasında vurğulayıb.

ABF rəsmisi FIBA Avropa Kubokunda çıxış edən komandaların da şanslarını dəyərləndirib:

"Neftçi"nin digər təmsilçilərimizlə müqayisədə bir qədər bəxtsiz olduğunu düşünürəm. Komanda bir neçə oyunda sona qədər mübarizə aparsa da, məğlubiyyətlə üzləşib. Üstəlik, zədəli basketbolçularına görə indiyədək tam heyətlə meydana çıxa bilməyib. Buna baxmayaraq, "Neftçi"nin mübarizəsini uğurlu hesab edirəm. Sadəcə, bu çıxışı nəticəyə çevirə bilməyib. "LANDAU Lions" və "Gəncə" isə son həftələrdə yaxşı oyunlarını qələbələrlə tamamlayıblar. "LANDAU Lions" Türkiyə çempionatının güclü komandalarından "Dənizli"yə, "Gəncə" isə Portuqaliyanın tanınmış klublarından "Sportinq"ə qalib gəlib. "Gəncə" basketbol tariximizdə ilk dəfə Avropa Kubokunda səfərdə qələbə qazanıb. Bu nəticələrin əhəmiyyətli olması üçün komandalarımız növbəti oyunlarda da eyni səviyyəni qorumalıdırlar".

T.Zeytingöz "Sabah"ın imkanlarının digər klublarımızla müqayisədə daha yüksək olduğunu vurğulayıb:

"Çünki FIBA Çempionlar Liqasında qrupda üçüncü yeri tutan komanda da pley-in mərhələsində iştirak etmək imkanı qazanır. FIBA Avropa Kubokunda isə altı komandadan ibarət qrupda ilk üç yeri tutmaq lazımdır. Bu baxımdan, "Sabah"ın növbəti mərhələyə yüksəlmək şansını daha yüksək qiymətləndirirəm".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 16:20

Stanislav Çerçesov “Axmat” klubundan çıxmağa hazırlaşır

Futbol
Bu gün, 16:13

Cristiano Ronaldun Özbəkistana səfəri ləğv edildi

Güləş
Bu gün, 15:58

Kayl Deyk: "Arseniy Djioyev ilə dünyalar finalında gərgin anlar yaşanıb, məşqçim də təşvişə gəldi"

Voleybol
Bu gün, 15:46

Azərbaycanın 16 yaşadək oğlan və qız voleybol milliləri EEVZA Avropa çempionatının təsnifat mərhələsində iştirak edəcək

Olimpiada
Bu gün, 15:39

Avropa çempionu Siara Macian toyundan bir neçə həftə sonra vəfat etdi

Digər
Bu gün, 15:30

Gənclər və İdman Nazirliyinin 'Üzməyi öyrənək' layihəsi 8-ci dəfə təşkil olunacaq

Cüdo
Bu gün, 15:27

Balabəy Ağayev Dünya Cüdo Reytinqində Əhməd Yusifovun Əvəzinə Lider olmuşdur

Olimpiada
Bu gün, 15:20

Avstraliyanın Kvinslendində 3 metr uzunluğunda timsah 2032-ci Olimpiya ərazidə aşkar edildi

Futbol
Bu gün, 15:00

Fənərbaxçanın yeni baş məşqçisi Sergio Konseysao ilə ortaq məxrəcə gəldi

Futbol
Bu gün, 14:59

“Real Madrid”in braziliyalı hücumçusu Vinisius Junior həm karyerasında, həm də şəxsi həyatında problemlərlə üzləşir

Futbol
Bu gün, 14:40

Tibo Kurtua "Real"ın tarixində ən çox matça çıxan 3-cü qapıçı olub

Minifutbol
Bu gün, 14:30

Araz-Naxçıvan: UEFA Çempionlar Liqasında uğursuzluq, Sadıqov rəqiblərin gücü haqqında

Futbol
Bu gün, 14:29

Real Madrid Tibo Kurtuanın gələcək əvəzləyicisi olaraq Brentfordun qapıçısı Bart Verbrüqgeni nəzərdən keçirir

Futbol
Bu gün, 14:20

Emre Belözoğlu Dinamo Kiev'i çalışdıra bilər

Futbol
Bu gün, 14:19

Arsenal, 14 il sonra Enfielddə ilk qələbəni əldə etdi

Qarabağ FK
Bu gün, 14:00

Vaqif Sadıqov: Neftçi Liderliyini Qorumaq Əsasdır

Voleybol
Bu gün, 13:59

"Xilasedici" klubunun meneceri: "Biz Avropada Azərbaycan voleybolunu layiqincə təmsil edəcəyik"

Futbol
Bu gün, 13:44

U-15 Dünya Çempionatı Azərbaycanın Futbolunu Gücləndirəcək

Basketbol
Bu gün, 13:29

"Gəncə"nin türkiyəli baş məşqçisi Murad Dikmen mövsüm hədəflərini açıqladı

Futbol
Bu gün, 13:27

“Vikinq”-“Sabah” matçını idarə edən Sander van der Eyk Azərbaycan millisinin İslandiya ilə oyundakı performansı barədə

Digər
Bu gün, 13:22

Bakıda 300 karateçinin iştirakı ilə "Zəfər Kuboku" turniri başa çatdı

Formula 1
Bu gün, 13:14

Maks Ferstappen Kimi Antonellinin Formula 1-də istedadından fəxr edir

Futbol
Bu gün, 13:07

“Vikinq” – “Sabah” matçını niderlandlı hakim briqadası idarə edəcək

Oxşar xəbərlər