top
ABF idman direktoru: Sabahın Trabzonspor üzərində qələbəsi xüsusi əhəmiyyətə malikdir Idman.biz
Bu gün, 14:56
- ↺ +

ABF idman direktoru: Sabahın Trabzonspor üzərində qələbəsi xüsusi əhəmiyyətə malikdir

"Qrup mərhələsinin püşkü atılanda "Sabah"ın çətin qrupa düşdüyü düşünülürdü. Lakin zaman komandanın xeyrinə işlədi. "Sabah" getdikcə daha yaxşı kollektivə çevrildi. Düşünürəm ki, klubun rəhbərliyi və məşqçilər heyəti düzgün addımlar atdı və çox yaxşı komanda formalaşdırdı".

Bu fikirləri Azərbaycan Basketbol Federasiyasının (ABF) idman direktoru Turqay Zeytingöz "Sabah"ın FIBA Çempionlar Liqasında çıxışı barədə danışarkən deyib.

O bildirib ki, Azərbaycan çempionunun qrupda birinci yeri tutmaq şansı var.

"Komanda ikinci və ya üçüncü olsa belə, növbəti mərhələyə yüksəlmək imkanını qoruyur. Amma "Trabzonspor" üzərində qazanılan qələbə xüsusi əhəmiyyət daşıyır. Təmsilçimiz bu nəticə ilə Türkiyə klubu üzərində şəxsi oyunlarda üstünlük əldə etdi. Ümid edirəm ki, "Sabah" qalan iki matçını da qazanaraq qrupu birinci pillədə başa vuracaq. Xüsusilə səfərdə "Nanter 92" ilə oyunun nəticəsi vacib olacaq. Həmin qarşılaşmada da qalib gəlsələr, daha böyük hədəflərdən danışa bilərik. Arzu edirik ki, "Sabah" 1/8 finala qrup lideri kimi yüksəlsin. Hər halda, komandamızın qrupdan çıxmaq şansı kifayət qədər yüksəkdir. Ümid edirəm ki, bu uğuru davam etdirəcək və Azərbaycanın basketbol tarixində ilk dəfə bir təmsilçimiz Çempionlar Liqasının "Top-16" mərhələsində mübarizə aparacaq", - deyə o AZƏRTAC-a açıqlamasında söyləyib.

ABF rəsmisi qrupdakı vəziyyətin kifayət qədər mürəkkəb olduğunu, bütün komandaların eyni qələbə sayına malik ola biləcəyini də diqqətə çatdırıb. Bu səbəbdən top fərqinin də mühüm rol oynayacağını bildirib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Basketbol
Bu gün, 15:20

Trabzonspor baş məşqçisi Sabahda məğlubiyyətdən sonra azad edildi

Voleybol
Bu gün, 15:12

Ordu voleybolu Avropada Debüt Edir: Norveçin Forde Klubuna Qarşı İlk Çempionat

Futbol
Bu gün, 15:11

Lamin Yamal küçədə gənclərə hədiyyə verdi

Futbol
Bu gün, 15:00

Kevin De Bruyne, Everton marağında: İngiltere'ye geri dönə bilər

Futbol
Bu gün, 14:49

Barselona Lisandro Martinesini transfer etmək planlaşdırır

Futbol
Bu gün, 14:31

Safonovun PSG-dəki maaşı aliment mübahisəsinə yol açdı

Basketbol
Bu gün, 14:24

ABF FIBA-yə qarşı CAS iddiasını açıqladı

Futbol
Bu gün, 14:20

Dirk Kuyt Fənərbağçadan ayrıldı

Futbol
Bu gün, 14:00

Röyal Nəcəfov: Xankəndiyə geri dönüş tarixdir

Futbol
Bu gün, 13:54

Lamin Yamal Avropanın TOP-5 liqasında dribbling rekordunu qaldırdı

Güləş
Bu gün, 13:40

Azərbaycan sərbəst güləşçiləri Qazaxıstanda 8 medal qazandı

Futbol
Bu gün, 13:20

Futbolçu millət yığmasının düşərgəsini tərk edib ‘Real’da qalacaq

Futbol
Bu gün, 13:15

Ronaldu ayrıldı, Portuqaliya millisinin biletlərinin qiymətləri kəskin düşdü

Futbol
Bu gün, 13:06

Lixtenşteyn-Azərbaycan oyunu üçün hakimlər təyin edildi;

Qarabağ FK
Bu gün, 13:00

Qarabağ ən yüksək topa sahibolma faizində, Kəpəz ən aşağıda

Basketbol
Bu gün, 12:59

Azərbaycan qadın basketbol millisi İsveçrə ilə oyuna ciddi itkilərlə çıxacaq

Futbol
Bu gün, 12:46

Sumqayıt kapitanı İsa Suliman Pakistan milli komandası üçün dəvət alıb;

Futbol
Bu gün, 12:40

Çox az insan 90 dəqiqə futbol izləyir

Güləş
Bu gün, 12:33

Davud Məmmədov Qazaxıstandakı beynəlxalq yunan‑Roma güləş turnirinin qalibi oldu;

Futbol
Bu gün, 12:29

Fənərbağça, Dirk Kuytla yollarını ayırdı

Futbol
Bu gün, 12:26

Antonio Konte, Manchester United baş məşqçi postu üçün Mauricio Poçetinno ilə rəqabət edir

Futbol
Bu gün, 12:15

Timoteuş Puxaç, 'Sabah'dan sonra Polşada 'Lex' klubuna qayıtmaq istədiyini açıqladı

Voleybol
Bu gün, 12:13

Kəmalə Əsgərova 1/32 final CEV Çelenc Kubokunda hakim olacaq

Oxşar xəbərlər