top
9 Noyabr 1989: NBA-da Beş Overtaymlı Əfsanəvi Dözümlülük Savaşı Idman.biz
09 noyabr 2025, 14:05
- ↺ +

9 Noyabr 1989: NBA-da Beş Overtaymlı Əfsanəvi Dözümlülük Savaşı

1989-cu ilin 9 noyabrında Milvokidə bu günə qədər sağlam düşüncəyə və insan bədəninin imkanlarına meydan oxuyan hadisə kimi xatırlanan oyun keçirildi.

İdman.Biz xəbər verir ki, adi mövsümün erkən mərhələsində "Miluoki Baks" və "Sietl Supersoniks" arasında keçirilən matç NBA tarixinin ən uzun və ən ağır qarşılaşmalarından birinə çevrildi: beş overtaym, 155:154 hesabı və demək olar ki, 4.5 saat davam edən basketbol dəliliyi...

Əsas vaxt 103:103 hesabı ilə bitəndə, heç kim qarşıda komandaları faktiki olaraq əlavə daha bir yarım oyun gözlədiyini təsəvvür etmirdi. Hər beş dəqiqəlik əlavə vaxt oyuna nöqtə qoymaq üçün şans verirdi və hər dəfə kimsə hədəfi qaçırırdı, top itirirdi və ya cərimə zərbəsi xəttində təzyiqə tab gətirmirdi. "Baks" oyunu bağlamaq imkanını əldən verirdi, "Supersoniks" isə Deyl Ellis və Ksavye Makdenielin atışları ilə cavab verirdi. Hamı səhv edirdi, amma heç kim təslim olmurdu.

Matç təkcə taktika deyil, həm də dözümlülük savaşına çevrildi. Ellis meydanda NBA üçün rekord olan 69 dəqiqə keçirdi və 53 xal topladı, məğlubiyyətə baxmayaraq, gecənin əsas qəhrəmanı olaraq qaldı. Makdeniel 37 xal, Derrik Makki isə 24 xal əlavə etdi.

"Baks" tərəfdə isə vurğu tək bir ulduzun deyil, heyətin üzərində idi: Rikki Pirs skamyadan gələrək 36 xal topladı, Alvin Robertson 28, Cek Sikma isə 23 xal ilə oyunu gərginlikdə saxladı. Dördüncü və beşinci əlavə vaxtlara doğru komandalar artıq azalmış heyətlə oynayırdı: fauollar, yorğunluq və məcburi rotasiya hər uğurlu epizodu qəhrəmanlığa çevirirdi.

Həlledici epizod beşinci əlavə vaxtda baş verdi. Hesab 146:146 ikən "Miluoki" nəhayət qələbəyə aparan hücum seriyasını tapdı: Toni Braun uzaq məsafədən vurdu, Robertson xal qazandırdı, Ceff Qreyers isə keçidlə xal aldı — "Baks" hesabı +9-a çıxardı və sanki hər şey həll olundu. Amma "Sietl" hətta burada da təslim olmadı — fərqi bir hücumluq səviyyəyə endirdi və son hücuma qədər gərginlikdə saxladı. Makdeniel üçlükdən atdı, pauza, dəyişən nəticə… sirena. 155:154. "Miluoki" tab gətirdi.

Bu matç bir neçə səbəbə görə tarixə düşdü. O, NBA-da beş əlavə vaxta qədər gedən cəmi iki matçdan biri oldu və 24 saniyəlik hücum müddəti qaydası dövründə ən uzun oyun kimi qeydə alındı. 24 saniyəlik qayda olmadığı dövrlərdə isə NBA tarixinin ən uzun oyunu 1951-ci ilin yanvarın 6-da "İndianapolis Olimpians" və "Roçester Royals" arasında baş tutmuşdu (75:73), o zaman oyun altı overtaym davam etmişdi.

1989-cu ildəki matçın iştirakçıları sonradan etiraf edirdilər ki, özlərini meydanda sanki bir sutka keçirmiş kimi hiss edirdilər, "Baks"ın baş məşqçisi Del Harris isə oyunsonrası deyirdi ki, matçın sonuna yaxın belinin tutulduğunu hiss edib.

Amma bu oyunun əsas irsi təkcə rəqəmlərdə deyil, hissdə idi: həmin axşam adi, turnir əhəmiyyəti olmayan mövsümi oyun dözümlülüyün sərhədlərini sınayan əsl döyüşə çevrildi. Qalib yalnız bir nəfər olsa da hər iki komanda həmin günü əfsanəyə döndü...

Daha bir təsadüf - bu matç davam edən vaxt Avropanın bir ərazisində Berlin divarı uçurdulurdu…

Teymur Tuşiyev

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Tennis
Bu gün, 05:03

Novak Cokoviç Paris Masters-də çətin qələbə qazanıb, çiynindəki problemə görə tibbi fasilə götürdü

Boks
Bu gün, 04:12

Ceyk Pol qələbə qazanarsa karyerasını başa vuracağını bildirdi

Futbol
Bu gün, 03:19

"Liverpool" rəhbərliyindəki dəyişikliklər Mak Allisterin gələcəyinə yeni perspektiv açır

Futbol
Bu gün, 02:19

Okan Buruk Ştutqart qarşısında hakimin qərarlarını tənqid etdi

Futbol
Bu gün, 01:38

Eyden Makkarti: “Rəqibimiz də bizim güclü tərəflərimizi nəzərə almalıdır”

Futbol
Bu gün, 01:28

PSG Çempionlar Liqasında 16 dəqiqədə dörd qol vurarak rekord yaradı

Futbol
Bu gün, 01:11

Fənərbağça Emre Belözoğlu ilə 1,5 illik müqavilə imzaladı

Futbol
Bu gün, 01:01

Emre Belözoğlu "Fənərbaxça" klubunun yeni baş məşqçisi oldu - RƏSMİ

Futbol
Bu gün, 00:58

Sabah FK-nın baş məşqçisi Valdãs Dambrauskas: "Çempionlar Liqasında Vikinqə qarşı əsas problem sıx qrafikdə futbolçuları sağlam saxlamaqdır"

Futbol
Bu gün, 00:46

Noyer üçüncü mövqedə: Messi və Müller geridə, Çempionlar Liqasının rekordunu dəyişdi

Futbol
Bu gün, 00:38

Sabahın məşqçisi: ‘Vikinq’ə qarşı matçda tam hazırıq

Futbol
Bu gün, 00:27

Aşraf Hakimi tarixdə yeni rekord qırdı, Luis Enríqueyə isə 50-ci Çempionlar Liqası matçı ilə tarix yazıldı

Futbol
Bu gün, 00:08

Batrakov Ştутqart qarşılaşmasında ən yaxşı oyunçu seçildi - statistikasilə diqqət çəkdi

Futbol
Dünən, 23:38

Mareska açıqlayıb: Fodenin az oyunu fiziki hazırlığın marafoni

Futbol
Dünən, 23:24

Çempionlar Liqasında "Fənərbaxça"ya qarşı oynayacaq "Liverpul"da ciddi itki: Rayan Qravenberx sağlım deyil

Futbol
Dünən, 23:24

Reqraqi: Yamalın Qızıl topu alması halında Mbappé daha çox məyus olardı

Futbol
Dünən, 23:09

Harri Keyn İspaniyada və La Liqada oynamaq arzusundan danışdı

Futbol
Dünən, 22:54

İraola Fenerbahçənin gücünü vurğuladı: “Onlara qarşı təzyiq göstərməliyik”

Futbol
Dünən, 22:50

Makkarti: İlk qolumla özünəinamımı artırdım, növbəti oyunda da davam etmək istəyirəm

Futbol
Dünən, 22:39

Vikinq məşqçisi 'Sabah' haqqında: Çoxlarının eşitmədiyi, amma güclü komandadır

Futbol
Dünən, 22:33

Valdas Dambrauskas: Sıx oyun cədvəli bərpa prosesini çətinləşdirir

Futbol
Dünən, 22:25

Real Madridın yarımmüdafiəçisi Arda Güler zədə səbəbindən kənarda qaldı

Cüdo
Dünən, 21:56

Yeni Cüdo Kəmər Sınağı 5-6 Noyabr Baku Olimpiya Kompleksində

Digər
Dünən, 21:55

Azərbaycan karateçiləri Sofiyada Avropa çempionu oldu, çoxsaylı medallar qazanıldı

Oxşar xəbərlər