top
52 xal fərqilə uduzan millimizin baş məşqçisi: “Zamana ehtiyac var” İdman.biz
08 noyabr 2024, 15:12
- ↺ +

52 xal fərqilə uduzan millimizin baş məşqçisi: “Zamana ehtiyac var”

"Komandada çatışmazlıqlarımız var".

Bunu İdman.bizə qadın basketbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Evren Alkaya deyib.

O, komandasının AVRO-2025-in seçmə mərhələsində Polşaya 51:105 hesabı ilə uduzmasının səbəbini açıqlayıb. Türkiyəli mütəxəssisin sözlərinə görə, bu cür yığmalara qarşı mübarizə aparmaq üçün komandanın zamana ehtiyacı var: "Klassik qadın basketbolu Azərbaycanda demək olar ki, inkişaf etməyib. Çünki təcrübəlilərin çoxunun yaşı 35-dən yuxarıdır. Aşağı yaş qrupundan gələn bir çox basketbolçumuz var. Onlar Azərbaycan basketbolunun inkişafı baxımından çox önəmli olacaq. Polşa isə tamamilə basketbol ölkəsinə çevrilib. Basketbol zalları, seleksiya işləri, kadrları, yığma komandaları və s. sahələrdə sözün əsl mənasında çox iş görülüb. Uşaqlarımızın bunları görməsi və təcrübə qazanması çox yaxşıdır. Məğlubiyyətimizə səbəb bu kimi matçlara hələ hazır olmağımızdan irəli gəlir".

Onun sözlərinə görə, matçın bəzi hissələrində komandamız yaxşı oyun göstərib: "Amma bunu bütün oyunda etməliyik. Təbii ki, səviyyə fərqidə mövcuddur. Gələcək illərdə biz belə oyunlara tam hazır olacağıq. Çünki komandaya yeni basketbolçular gəlir".

O bildirib ki, inkişaf baxımından böyük işlər görülür: "Bunların hamısı çox yaxşı nəticələrlə bitəcək. Oyunçuların səviyyəsində bu cür işlərə görə çox yaxşı irəliləyişlər var. Avropa çempionatı çox önəmli bir yarışdır. Güclü komandaların yer aldıqı bir qrupdayıq. Meydanda əlimizdən gələni etdik. Son anadək mübarizə apardıq. Zamana ehtiyac var".

O, növbəti turda Litva yığması ilə keçirəcəkləri matçla bağlı da fikirlərini açıqlayıb: "Belçika ilə ağır oyun keçirdiblər. Bu məğlubiyyətdən sonra qələbə üçün meydana çıxacaqlar. Biz də əlimizdən gələni edib, vuruşacağıq. Belə turnirlər gələcəkdə Azərbaycan qadın basketbolunun inkişafı üçün çox önəmli və vacibdir. Bu baxımdan çox ciddi hədəflərimiz var və çox ümidliyik".

Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə hələlik 3 oyunun hər birində məğlub olub.

Banuçiçək Hüseynli
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 02:51

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Dünən, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Dünən, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Oxşar xəbərlər