Karanka istefa verdi

Sayta qoyulub: 13:18 11.01.2019 (111 dəfə oxunub)

İspaniyalı məşqçi Aytor Karanka İngiltərənin "Nottinqem Forest" klubundan ayrılıb.


45 yaşlı mütəxəssis özü istefa verib. Klub rəhbərliyi isə artıq onun 2020-ci ilin yayına qədər olan müqaviləsini ləğv edib. Karanka komandanın uğursuz çıxışlarına görə bu addımı atdığını bildirib.


Qeyd edək ki, Karanka 2018-ci ilin yanvarından "Nottinqem Forest"i çalışdırırdı. Komanda hazırda 7-ci pillədə qərarlaşıb.

 

 

 

 

qol.az

XƏBƏR LENTİ