"Keşlə"nin istədiyi futbolçu Qazaxıstan klubuna keçdi

Sayta qoyulub: 09:29 11.01.2019 (128 dəfə oxunub)

"Keşlə"nin istədiyi futbolçu Qazaxıstan klubuna keçdi

Litvanın "Jalgiris" klubundan ayrılan Jeremi Manzorro "Keşlə"dən transfer təklifi alsa da, rədd cavabı verib.

"Sports.kz" saytı xəbər verir ki, fransalı hücumameyilli yarımmüdafiəçi paytaxt klubundan olduqca yüksək əmək haqqı tələb edib."Ağ-qırmızılar" isə 27 yaşlı futbolçuya bu məbləği ödəyə bilməyib. Manzorro bu səbəbdən də "Keşlə"də aşağı maaşa oynamağa razı olmayıb. O, Qazaxıstanın "İrtış" klubuna keçib. Qeyd edək ki, Manzorro ölkəsində "Reims" və "Bur-an-Bress"də çıxış edib. O, Bolqarıstanın "Çernomorets"  və "Slaviya" (Sofiya), İranın "Paykan" (Tehran), Litvanın "Suduva" və "Jalgiris" klublarında çıxış edib.

XƏBƏR LENTİ