“Real” Beyli cəzalandırdı

Sayta qoyulub: 14:35 10.01.2019 (129 dəfə oxunub)

“Real”ın futbolçusu Qaret Beyl klubu tərəfindən cəzalandırılıb.


Buna La Liqanın 18-ci turunda "Real Sosyedad"la oyunu zədəli olduğu üçün tribunadan izləyən 29 yaşlı hücumçunun matçın 78-ci dəqiqəsində stadionu tərk etməsi səbəb olub.


Uels millisinin üzvünə məbləği açıqlanmayan pul cəzası verildiyi bildirilir.


Qeyd edək ki, Madrid klubunun nizam-intizam qaydalarına əsasən heyətdən kənarda qalan futbolçuların da komandaya dəstək məqsədi ilə tribunadan oyunu sonadək izləməsi mütləqdir.

 

“Real” Beyli cəzalandırdı

 

 

 

 

qol.az

XƏBƏR LENTİ