Bolqar futbolçu Azərbaycana gəlməkdən imtina etdi

Sayta qoyulub: 10:40 10.01.2019 (117 dəfə oxunub)

Bolqar futbolçu Azərbaycana gəlməkdən imtina etdi

 

Azad agent statusu daşıyan bolqarıstanlı müdafiəçi Plamen Kraçunov təklifləri gözləyir. "Topsport.bg" saytı xəbər verir ki, bolqar stopperin Kiprin "Ermis", Makedoniyanın "Rabotniçki" klublarıyla danışıqları nəticəsiz qalıb. Azərbaycanın adı açıqlanmayan klubundan təklif alan futbolçu maliyyə şərtləri aşağı olduğu üçün rədd cavabı verib. Xəbərdə qeyd edilib ki, Krauçov karyerasını Bolqarıstanda davam etdirmək fikrindədir.

Qeyd edək ki, 29 yaşlı müdafiəçi ölkəsinin "Maritsa" klubunun yetirməsidir. O, "Lokomotiv (Plovdiv), ÇSKA (Sofiya), "Slaviya" (Sofiya), "Sent-Conston" (Şotlandiya), "Etnikos" (Kipr) klublarında çıxış edib. Krauçovun son klubu Polşa "Sandeçya"sı olub.

XƏBƏR LENTİ