Çelsi İquain və Barellanın transferindən vaz keçdi

Sayta qoyulub: 10:03 10.01.2019 (125 dəfə oxunub)

Çelsi Kalyarinin yarımmüdafiəçisi Nikola Barella və Yuventusun forvardı Qonzalo İquainin transferindən əl çəkib.

 

Bunun əvəzinə londonlular Zenitdə çıxış edən Leandro Paredesi heyətə qatmağa çalışacaqlar.

 

Çelsi rəhbərliyi Barella üçün tələb edilən 45-50 milyonu yüksək sayıb. Onların fikrincə Paredesi daha ucuz qiymətə almaq olar.

 

Yuventus isə İquain üçün 55 milyon tələb edir. Bundan başqa Milan da icarə əsasında oynayan forvardı buraxmaq fikrində deyil.

XƏBƏR LENTİ