Barselona de Yonqun transferini həll etdi

Sayta qoyulub: 10:00 10.01.2019 (214 dəfə oxunub)

Ayaksın yarımmüdafiəçisi Frenki de Yonq Barselonaya keçməyə razılıq verib. Məlumatı Kataloniyanın məşhur Mundo Deportivo qəzeti yayıb.

 

Tərəflər 5 illiyinə nəzərdə tutulmuş müqavilənin razılığını əldə ediblər. Barselona gənc holland üçün 75 milyon avro ödəyəcək.

 

Xatırladaq ki, de Yonqu PSG , Bavariya və Mançester Siti də transfer etmək istəyirdi.

 

Bu mövsüm de Yonq Hollandiya çempionatında 15 oyunda 3 qol vurub.

XƏBƏR LENTİ