"Qalatasaray" 2 futbolçu aldı

Sayta qoyulub: 17:42 09.01.2019 (157 dəfə oxunub)

"Qalatasaray" 2 futbolçu aldı

 

“Qalatasaray” Portuqaliyanın “Çaves” klubunun müdafiəçisi Markao və  “Bursaspor”dan ayrılan Əmrə Taşdəmiri transfer edir. İstanbul klubunun rəsmi saytına istinadən yaydığı xəbərə görə, “sarı-qırmızılar” hər iki futbolçu ilə danışıqlara başladığını açıqlayıb. Transferin yaxın günlərdə rəsmiləşəcəyi gözlənilir. Qeyd edək ki, iki mövsümdür Portuqaliya çempionatında oynayan 22 yaşlı Markao bu mövsüm 23 oyunda 3 qol vurub. 23 yaşlı sol cinah müdafiəçisi Əmrə isə bu mövsüm Bursa təmsilçisinin heyətində sadəcə, 1 oyunda meydana çıxıb.

XƏBƏR LENTİ