"Qəbələ"nin transfer etmək istədiyi futbolçu məlum olub

Sayta qoyulub: 17:39 09.01.2019 (194 dəfə oxunub)

"Qəbələ"nin transfer etmək istədiyi futbolçu məlum olub

"Qəbələ"nin transfer etmək istədiyi hücumçunun adı məlumdur. Şimal təmsilçisi axtardığı forvardı qonşu Gürcüstanda tapıb. Adıçəkilən ölkənin yüksək liqasında çıxış edən "Saburtalo" klubunun hücumçusu Davit Volkovi "qırmızı-qaralar"ın radarına düşüb. Artıq "Qəbələ" gürcü futbolçu üçün rəsmi təklif də edib. Volkovi danışıqlarda illik 70 min dollar məvacib tələb edib. "Qəbələ" ona bu məvacibi verməyə razıdır. Ancaq Davit qərar verməkdə tələsmədiyini qeyd edib. Onun xidmətində Gürcüstanın "Torpedo" (Kutaisi) və Qazaxıstanın bir klubu maraqlıdır. Qeyd edək ki, 23 yaşlı forvard peşəkar karyerasına 2012-ci ildə "Qaqra" klubunda başlayıb. O, 2013-2015-ci illərdə Tiblisi "Dinamo"sunun üzvü olub. David 2017-ci ildən "Saburtalo"da çıxış edir. Volkovi bu klubun heyətində Gürcüstan çempionatında 45 oyuna 18 qol vurub.

XƏBƏR LENTİ