"Kəpəz" yoxlama oyunu keçirəcək

Sayta qoyulub: 12:48 09.01.2019 (61 dəfə oxunub)

"Kəpəz" yoxlama oyunu keçirəcək
 

Gəncədə təlim-məşq toplanışına başlayan “Kəpəz”in hazırlıq dövründə keçirəcəyi yoxlama görüşlərindəki rəqiblərdən ikisi məlum olub.  “Sarı-göylər” 1-ci divizionun təmsilçiləri ilə qarşılaşacaq. Komanda ilk olaraq “Turan Tovuz” ilə üz-üzə gələcək. Oyun yanvarın 14-də Tovuzda keçiriləcək.  “Kəpəz”in digər rəqibi isə “Ağsu” olacaq.  Sonuncuların meydanında reallaşacaq bu matçın tarixi hələ dəqiqləşməyib.

XƏBƏR LENTİ