Milanın xorvat futbolçusu Beşiktaşa keçməyə yaındır

Sayta qoyulub: 12:36 09.01.2019 (118 dəfə oxunub)

Milanın yarımmüdafiəçisi Alen Xaliloviç yanvar ayından etibarən karyerasını Beşiktaşda davam etdirməlidir.

 

22 yaşlı xorvat futbolçunun agenti hazırda İstanbulda danışıqlardadır. Milan və Beşiktaş transferin razılığına çox yaxındır.

 

Bu mövsüm Xaliloviç A seriyasında meydana çıxmamış , yalnız Avropa liqasında bir neçə oyunda meydanda olmuşdur.

 

Xatırladaq ki, Barselonanın keçmiş futbolçusu ötən mövsüm Hamburqdan Milana keçmişdi.

XƏBƏR LENTİ