"Keşlə"də daha bir futbolçu

Sayta qoyulub: 12:10 09.01.2019 (82 dəfə oxunub)

"Keşlə"də daha bir futbolçu

Mövsümün ikinci yarısına hazırlaşan "Keşlə" heyətinə daha bir futbolçu cəlb edib. Klubdan verilən məlumata görə, "Neftçi"nin sabiq futbolçusu Emin Mehtiyev komandada baxışdadır. 27 yaşlı yarımmüdafiəçinin çıxışı baş məşqçi Tərlan Əhmədovu qane etsə, onunla müqavilə bağlanacaq. Qeyd edək ki, E.Mehtiyev "Sumqayıt", "Səbail" və "Qaradağ Lökbatan"da da oynayıb. Əlavə edək ki, "Keşlə" bunadək Vüsal İsgəndərli və Con Kamaranı transfer edib.

XƏBƏR LENTİ