Almeyda "Qarabağ"la danışıq aparmaq üçün Antalyaya gəlir

Sayta qoyulub: 09:46 09.01.2019 (194 dəfə oxunub)

Almeyda "Qarabağ"la danışıq aparmaq üçün Antalyaya gəlir
 

Reynaldonu yenidən heyətinə cəlb edən "Qarabağ" daha bir sabiq futbolçusunu geri qaytarmaq üzrədir Qazaxıstanın "Astana" klubunda çıxış edən Riçard Almeyda Ağdam klubuna geri dönə bilərlər. Almeyda danışıqlar aparmaq üçün "Qarabağ"ın təlim-məşq toplanışında olduğu Türkiyənin Antalya şəhərinə gələcək. Millimizin üzvüylə danışıqlar müsbət tamamlansa, 2,5 illik müqavilə imzalanacaq. Almeydanın "Astana" ilə 1,5 illik müqaviləsi qalıb. Bu səbəbdən də "Qarabağ" Qazaxıstan klubunu da razı salmalıdır. Qeyd edək ki, 29 yaşlı futbolçu 2012-2018-ci illərdə "Qarabağ"da çıxış edib.

XƏBƏR LENTİ