Azərbaycanlı futbolçunun "Spartak"a keçidinin maliyyə şərtləri dəqiqləşib

Sayta qoyulub: 08:57 09.01.2019 (135 dəfə oxunub)

Rusiyanın “Spartak” klubu azərbaycanlı futbolçu Ayaz Quliyevlə müqavilə bağlayacaq.

Moskva təmsilçisi yarımmüdafiəçinin özü və klubu “Rostov”la ortaq məxrəcə gəlib. 22 yaşlı futbolçu “Spartak”la uzunmüddətli müqavilə bağlayacaq və illik 1,2 milyon avro məvacib alacaq.

“Rostov”a isə 1 milyon avro təzminat ödəniləcək.

Qeyd edək ki, A.Quliyev məhz mövsümün əvvəlində yetirməsi olduğu “Spartak”dan “Rostov”a keçib. O həmçinin 21 yaşadək futbolçulardan ibarət Rusiya milli komandasının da formasını geyinib. Hazırda onun Azərbaycanın əsas yığmasına cəlb olunması gündəmdədir.

 

 

 

Azərbaycanlı futbolçunun "Spartak"a keçidinin maliyyə şərtləri dəqiqləşib

 

 

 

 

 

“Report"

XƏBƏR LENTİ