"Barselona" 75 milyon avroya futbolçu alır

Sayta qoyulub: 08:52 09.01.2019 (220 dəfə oxunub)

İspaniyanın “Barselona” klubu Hollandiya “Ayaks”ının futbolçusu Frenki de Yonqu transfer etməyə yaxındır.

22 yaşlı yarımmüdafiəçi üçün danışıqlar yekun mərhələdədir. Transfer məbləğinin 75 milyon avro olacağı bildirilir. Keçidin yanvarın 12-də elan olunacağı gözlənilir.

Qeyd edək ki, Frenki de Yonqla Almaniyanın “Bavariya”, İngiltərənin “Mançester Siti” və Fransanın PSJ klubları da maraqlanıb.

 

 

 

 

 

 

“Report”

XƏBƏR LENTİ