"Zirə" Bolqarıstan klubu ilə qarşılaşacaq

Sayta qoyulub: 21:16 08.01.2019 (55 dəfə oxunub)

"Zirə" Bolqarıstan klubu ilə qarşılaşacaq

"Zirə"nin daha bir rəqibi müəyyənləşib. Ayın 12-də Türkiyənin Antalya şəhərinə yollanacaq komanda Sofiyanın "Septemvri" klubu  ilə qarşılaşacaq. Bolqarıstan yüksək liqa təmsilçisi ilə görüş yanvarın 26-da keçiriləcək.

Qeyd edək ki, 4 yoxlama oyunu planlaşdıran "qartallar” ayın 15-də “Taraz” (Qazaxıstan), 18-də isə “Konkordiya” (Rumıniya) ilə qarşılaşacaq. Son rəqibi hələlik məlum olmayan komanda yanvarın 27-də toplanışı yekunlaşdırıb vətənə qayıdacaq.

XƏBƏR LENTİ