"Keşlə" iki transferi açıqladı

Sayta qoyulub: 21:09 08.01.2019 (86 dəfə oxunub)

"Keşlə" iki transferi açıqladı

"Keşlə" qış fasiləsində ilk transferlərini gerçəkləşdirib. Klubun mətbuat xidmətindən verilən məlumata görə, paytaxt təmsilçisi heyətini 2 futbolçu ilə gücləndirib. Bunlardan biri Syerra-Leone millisinin üzvü  Con Kamara, digəri isə "Zirə"dən ayrılan Vüsal İsgəndərlidir. Hər iki oyunçu ilə ilyarımlıq müqavilə imzalanıb. Qeyd edək ki, afrikalı yarımmüdafiəçinin son klubu Qazaxıstan "Kaysar"ı olub. Vüsal isə "Keşlə"yə "Zirə"dən keçib.

XƏBƏR LENTİ