“Liverpul"un futbolçusu zədələndi

Sayta qoyulub: 08:21 08.01.2019 (123 dəfə oxunub)

İngiltərə kubokunun 1/32 finalında hazırda “Vulverhempton”un qonağı olan “Liverpul” ciddi itki ilə üzləşib.


Matçın 6-cı dəqiqəsində müdafiəçi Deyan Lovren zədələnib. Oyunu davam etdirə bilməyən xorvatiyalı futbolçunu 16 yaşlı Ki-Cana Xuver əvəzləyib. Bu, hollandiyalı futbolçunun “Liverpul”un heyətində ilk matçıdır.


Qeyd edək ki, D.Lovren bu mövsüm 9 oyuna 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

 

 

“Liverpul"un futbolçusu zədələndi

 

 

 

 

qol/az

XƏBƏR LENTİ