"Neftçi"nin sonuncu rəqibi bəlli oldu

Sayta qoyulub: 12:51 07.01.2019 (78 dəfə oxunub)

"Neftçi"nin sonuncu rəqibi bəlli oldu

 

"Neftçi”nin Antalyadakı təlim-məşq toplanışındakı sonuncu rəqibi müəyyənləşib. Klubun saytına istinadən xəbər verir ki, paytaxt klubu yanvarın 26-da Bolqarıstanın "Beroe” klubu ilə qarşılaşacaq. Qeyd edək ki, "ağ-qaralar” bu gün bir araya gələrək, məşqləri bərpa edəcək. Ayın 13-dək Bakıda təklim-məşq toplanışı keçəcək "Neftçi” həmin gün Türkiyəyə yola düşəcək. Komanda ayın 18-də "Qaz Metan” (Mediaş, Rumıniya), 23-də isə "Slovan” (Liberets, Çexiya) klubları ilə yoxlama oyunu keçirəcək.

XƏBƏR LENTİ