Rauf Əliyev "Sabah"ın təklifini qəbul etməyib

Sayta qoyulub: 12:49 07.01.2019 (162 dəfə oxunub)

Rauf Əliyev "Sabah"ın təklifini qəbul etməyib
 

Azərbaycan milli komandasının üzvü Təmkin Xəlilzadənin “Sabah”dan “Qəbələ”yə keçidi qış transfer dövrünün bəlkə də əsas hadisəsidi. “Sabah” “Qəbələ”də çıxış edən daha bir futbolçunun xidmətində maraqlı olub. Belə ki, hücum xəttində Marko Deviçə rəqabət yaratmaq, eləcə də komandanın hücum potensialının gücləndirilməsi üçün “Qəbələ”nin üzvü Rauf Əliyevin tranferi gündəmdə olub. Amma “qırmızı-qaralar”da qalmağı üstün tutan 29 yaşlı forvard paytaxt klubunun təklifinə müsbət yanaşmayıb. Qeyd edək ki, millimizin üzvü “Qəbələ”də gözlənilən səviyyədə çıxış edə bilmir.

XƏBƏR LENTİ