"Neftçi" yeni transferini rəsmən açıqladı

Sayta qoyulub: 12:22 07.01.2019 (149 dəfə oxunub)

 

"Neftçi" yeni transferini rəsmən açıqladı

 

"Neftçi” daha bir transferi rəsmiləşdirib. "Qəbələ"dən ayrılan Aqil Məmmədovla 1,5 illik müqavilə bağlanıb. 29 yaşlı qolkiper "ağ-qaralar"ın heyətində 30 nömrəli formanı geyinəcək. Bunadək "Bakı”, AZAL, "Qəbələ” klublarında çıxış etmiş Aqil Məmmədov 2015-2016-cı illərdə "Neftçi”nin qapısını qoruyub. O, Azərbaycan milli və 21 yaşadək futbolçulardan ibarət yığma komandasının üzvü olub. Qeyd edək ki, bundan əvvəl "Neftçi" mərkəz yarımmüdafiəçiləri – qvineyalı Mamadu Kane və Turan Vəlizadə ilə 3, seneqallı mərkəz müdafiəçisi Mamadu Mbodj ilə 2,5 illik müqavilə bağlanmışdı.

 

XƏBƏR LENTİ