Syerra-Leone millisinin üzvü "Keşlə"də

Sayta qoyulub: 12:09 07.01.2019 (176 dəfə oxunub)

 

Syerra-Leone millisinin üzvü "Keşlə"də

 

"Keşlə" ilk transferini reallaşdırıb. "Sports.kz" saytı xəbər verir ki, paytaxt klubu Qazaxıstanın "Kaysar" klubundan Con Kamaranı transfer edib. Syerra-Leone millisinin üzvüylə 6 aylıq müqavilə imzalanıb.

Qeyd edək ki, 30 yaşlı yarımmüdafiəçi son iki mövsüm oynadığı "Kaysar"ın heyətində Qazaxıstan Premyer Liqasında 53 oyuna 1 qol vurub. Futbolçunun "Transfermarkt"da qiyməti 400 min avro göstərilir. 

XƏBƏR LENTİ